adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Dekabr 2018 13:43
10441
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: ATMOSFERƏ ŞADLIQ SARAYLARINDAN ZƏHƏRLİ QAZLAR ÇOX ATILIR, YOXSA AVTOMOBİLLƏRDƏN?!

Axırvaxtlar şadlıq saraylarının havanın çirkləndirilməsi ilə bağlı qarşılaşdıqlarıproblemlər cəmiyyəti və o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyini çoxnarahat edib. Sən demə, Bakıda havanı çirkləndirən əsas amillərdən biri dəşadlıq sarayları imiş. Bunula sözümüz yoxdur, nəinki şadlıq sarayları, həttakiçik sexlərdən belə atmosferə atılan zəhərli qazlar təmiz havanı yaman günəqoyub.

Amma bizə elə gəlir ki, şadlıq saraylarından daçox Bakıdakı havanı çirkləndirənavtomobillər və bir də iri istehsalat sahələrindən atılan normadan artıqzəhərli qazlardı. Bundan ən çoxu müxtəlif tikinti təşkilatlarının havanıtoz-torpaqla pis günə qoymasıdır. Başqa sözlə demiş olsaq, onlar Bakınınhavasını lap zəhrimara döndərib. Təəssüf ki, Ekologiya və Təbii SərvətlərNazirliyi bu məsəslələrdən çox şadlıq saraylarının üstünə düşüb. Bakıda da yüzlərləşadlıq sarayları var. "Bərkgedən” şadlıq sarayları qalıb kənarda, ortabablar və zəiflər təyziqlərə məruz qalıb.Zarafat deyil, şadlıq saraylarında göstərilən nöqsanları aradan qaldırmaq üçünyeni qurğuları alıb quraşdırmağa 50-60 min manat vəsait lazımdır. Bir balacaimkanı olanlar bu problemi aradan qaldırıblar. Toyları və imkanları məhdud olanşadlıq saraylarının isə "qarınlarına ağrı dolub”. Yəni bu cür şadlıq saraylarıməlum qurum tərəfindən yüksək məbləğdə cərimə edilir və onlar da qalır canlarıilə əlləşə-əlləşə.

Görəsən,atmosferə şadlıq saraylarından çox zəhərli qazlar atılır, yoxsa avtomobillərdənvə tikinti şirkətlərindən?! Şadlıq sarayları belədir ki, ilin 2-3 ayını işləmirlər.Və toy da olanda cəmi 2-3 saat onların mətbəxində yemək bişirilir, kababın vədigər yeməklərin tüstüsü ətrafa yayılır. Yəni belə baxanda şadlıq saraylarındanavtomobillərdə və tikintilərdə olan qədər zəhərli qazlar atmosferə atılmir. Təəssüfki, məlum qurum nədənsə bu məsəslələri yaddan çıxararaq şadlıq saraylarının üstünə düşüb. Biz demirikki, şadlıq saraylarının günahı yoxdur. Onların da günahı var. Amma şadlıqsarayları avtomobillər və istehsalat sahələri kimi havanı yaman günə salmır.Bir də şadlıq sarayları o qurum tərəfindən cərimə ediləndə onlar da bu cərimənitoy edən adamların "bellərinə yükləyirlər”. Başqa sözlə demiş olsaq, cəriməninpulunu vermək üçün yeməklərin qiymətini artırırlar. Son nəticədə isə zərbə cəriməolunmuş o şadlıq saraylarında toy edən çoxlu sayda insanlara dəyir.

Görünür,hər tərəfdə qara camaata zərbə vurmaq kimlərinsə şakəridir. Ekspertlər dəbildirirlər ki, bu bir kampaniyadır, şadlıq sarayılarının başında çatlayır.Hansısa oliqarx xaricdən bahalı qurğular gətirdib, indi onu da o restoranlara satdırmaq istəyir.Kimin pulu var alır, kimin də pulu yoxdur, şadlıq sarayı cərimə edilir və gözümçıxdıya salınır.

Ancaqbiz ekspertlərin bu fikriylə də razılaşa bilmərik. Çünki Qaradağ və Abşeronrayonlarındakı onlarla daşkarxanalarının fəaliyyəti dayandırılıb ki, həmin daş karxanalarındanatmosferə normadan artıq toz-torpaq atılır. Belə ki, bir çox daş karxanalarınınişlətdiyi avadanlıqlar fiziki və mənəvi cəhətdən köhnəlib, istismar müddətinibaşa çatdırıb. Bu faktların özü göstərir ki, məlum qurum atmosferin çirkləndirilməsininqarşısının alınması üçün qanun çərçivəsində obyektiv addımlar atıb. Haçan ki,onlar müasir standartlara cavab verən avadanlıqlar alacaq, quraşdıracaq vəistismar edəcək, bax onda da fəaliyyətidayanmış daş karxanalarına yenidən işləməsi üçün icazə veriləcəkdir.

Bufikirlə də bəzi ekspertlər razılaşmırlar. Bildirirlər ki, məlum qurum o daşkarxanaların fəaliyyətini dayandırıb ki, onların arxasında güclü qüvvə yoxdu vəyuxarıları razı sala bilmir. Daha doğrusu, yəni işə "qəmiş” qoyanları razı salmağı bacarmırlar. Üstəlik dəhəmin daş karxanalarının işləməməsi çoxlu sayda insanın bekar qalması və evinəçörək pulu aparmaması ilə nəticələnib. Təbii ki, bu da birmənalı qarşılanmır.

Atalarıngözəl bir məsəli var: "Od olmasa, tüstü çıxmaz”. Yəni hər hansı narazılıqdoğuran obyektiv və subyektiv səbəblər mövcuddur. Bax, bizdə çox vaxt bu tələblərunudulur, vəzifə və ixtiyar sahibləri hər şeyiöz arşınları ilə ölçürlər. Hər şeyi də öz arşını ilə ölçəndə haqq-ədalətayaq altında qalır. Axı camaatın gözü tərəzidir. Əgər bir şey ağdırsa, ha bəzəyib düzəsən də o ağ kimi görünəcək.

Ekspertləronu da deyir ki, yaxşı olardı məlum qurum şadlıq saraylarından çox dizelyanacağı ilə işləyən avtobusların, avtomobillərin və eləcə də şəhərin havasınıhər gün, hər dəqiqə zəhərləyən tikinti təşkilatlarının üstünə getsinlər. Məlumqurum deyə bilər ki, bəli, biz onlar barəsində də qanunamüvafiq tədbirlərgörmüşük və görürük. Hətta üstəlik hər il avqust ayında DİN-in Baş Dövlət YolPolisi İdarəsi ilə birlikdə "Təmiz hava” aylığı da keçiririk. Buna da heç kiminsözü ola bilməz. Çünki əziyyət çəkirlər, bir ay bu tədbiri iki qurum icra edir.Ekspertlər bir fikri də səsləndirirlər ki, atmosferə ən çox zəhərli qazlar atanvə çoxlu sayda nəqliyyat vasitələri olan MMC-lər və tikinti kooperativləri barədəyüksək cərimələr tətbiq olunmalıdır. Yoxsa arxası və gücü olmayan şadlıq saraylarını zəlil günəsalmağa nə var ki?!

Göründüyükimi, təmiz havanı qorumaq tək bir qurumun vəzifəsi və işi deyil. Əgəravtomobili texniki cəhətdən qüsurlu olan bir sürücünün də idarə etdiyi nəqliyyatvasitəsindən atmosferə normadan artıq zəhərli qaz atılırsa, o sürücü də bir vətəndaş,bir insan kimi məsuluyyət daşımalıdır. Yəni atmosferin təmiz saxlanılması üçüntək bir nazirlik deyil, on milyona yaxın əhalinin hamısı göy üzünə müqəddəs məkankimi baxmalı və onu qorumalıdır. Nə vaxta qədər ki, biz bu işi bir qurumunüstünə atacağıq, o vaxta qədər də ölkəmizin, Bakının havası normadan artıqçirklənəcək. Və biz də vəzifəmizdən, imkanımızdan, tutduğumuz mövqedən asılıolmayaraq, bu çirkli havanı udacağıq.