adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Iyul 2019 12:29
13342
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: ATMOSFER TƏMİZ OLSA...

Allah-Təaləgöy üzünü yaradanda tər-təmiz yaratmışdı. Çünki göy üzü təmiz olduğu üçünçirkabı, zəhərli qazı, tullantını çox da saxlaya bilmir. İnsanların "uf” demədəngöy üzünü çirkləndirməsi elə ilk növbədə onların özünə bumeranq kimi qayıdır.Yağış şəklində, qar şəklində bu zəhərli maddələr yer üzünə yağır və biz də oyağışın, o qarın nədən ibarət olduğunu bilsək də, buna məhəl qoymuruq və yenə dəgöy üzünə zəhərli maddələr atmaqda davam edirik.

Bu gündünyanı narahat edən ən böyük bəşəri problemlərdən biri ekologiyadır. İlk növbədətəbiəti və təmiz havanı qorumaq üçün dünyada çox böyük layihə və proqramlar həyatakeçirilir. Bu layihə və proqramlar əsasında təbiətə, ekologiyaya, atmosferəvurulan zərbələr aradan qaldırılır. Çünki bəşəriyyət yaxşı bilir ki, təmiz havaolmayan yerdə sağlam insan da ola bilməz.

Ölkəmizdədə təbiətin və atmosferin qorunması üçün çox böyük Dövlət Proqramları gerçəkləşdirilir.Artıq 2019-cu ildən başlayaraq ildə 2 dəfə ölkə ərazisində Daxili İşlərNazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii SərvətlərNazirliyi "Təmiz hava” aylığı keçirir. Bu "Təmiz hava” aylığının birincisimartın 28-dən aprelin 28-dək keçirilib. İkinci "Təmiz hava” aylığı isə avqustun1-dən 31-dək olacaq. Təbii ki, "Təmiz hava” aylığının keçirilməsində yenə də əsas məqsəd respublika ərazisindəatmosferə atılan zərərli qazların qarşısını almaqdır. Bu məqsədlə hər iki adınıçəkdiyimiz nazirlik proqram və plan hazırlayaraq həyata keçirir.

Heç kiməsirr deyil ki, bu gün də istehsalat sahələrində -müəssisələrindən, fabriklərdən,zavodlardan, lap elə Bakıdakı şadlıq saraylarından atmosferə normadan artıq zərərliqazlar tullanır. Eyni zamanda zərərli qazların böyük hissəsi istismara yararsızvə mühərrik sistemində texniki qüsuru olan nəqliyyat vasitələrindən atılır. Buzərərli qazlar atmosferi çirkləndirməklə yanaşı, insanların həyat vəsağlamlığına olduqca mənfi təsir göstərir.

Birfaktı da qeyd edək ki, bu gün respublikada atmosfer havasına atılan çirkləndiricimaddələrin75 faizindən çoxu avtomobil nəqliyyatının payına düşür. Hesablamayagörə, ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərlimaddələrin miqdarı 700 min tona yaxındır. Bu faktın özü çox şey deyir. Yəni bufaktlar göstərir ki, ölkəmizdə hələ də texniki cəhətdən qüsurlu və mühərriksistemi normal işləməyən nəqliyyat vasitələri var. Elə bu nəqliyyat vasitələrindəndə atmosferə normadan artıq zərərli qazlar atılır.

Ona görədə həm Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, həm dəEkologiya və Təbii Sərvətlər Nazirliyi avqustun 1-dən 31-dək keçirilən "Təmizhava” aylığında bu məsələləri diqqət mərkəzində saxlayacaq, birgə keçirilənreydlərdə qanunu pozan, atmosferi çirkləndirən, istehsalat sahələrini, müəssisələri,nəqliyyat vasitələrinin sahiblərini məsuliyyətə cəlb edəcəklər.

Tərtibolunmuş plana əsasən hər iki qurum demək olar ki, respublika ərazisindəyoxlamalar aparacaq, təbiətə və ekologiyaya vurulan zərəri müəyyənləşdirəcəkdir.Bu zərərə görə, fiziki, hüquqi və vəzifəli şəxslər məsuliyyətdən kənardaqalmayacaqdı.

Baş DövlətYol Polisi İdarəsinin avtotexniki müfəttişlikşöbəsinin rəisi, polis polkovniki İlham Rəcəbov "Təmiz hava” aylığında görüləcəkişlərlə bağlı bizə məlumat verdi. Cənab polkovnik bildirdi ki, əvvəlki illərləmüqayisdə bu il iki dəfə "Təmiz hava” aylığı keçirilir. Bu isə o deməkdir ki, təbiətəvə atmosferə vurulan ziyanlar diqqətdən kənarda qalmır və mövcud problemvaxtında aradan qaldırılır. İlk növbədə müəssisələrin, istehsalat sahələrinin vənəqliyyat vasitələrinin sahibləri öncədən maarifləndirilir və onların hüquq vəvəzifələri bir daha nəzərlərinə çatdırılır. Bir qayda olaraq tədbirlər zamanıavtotexniki müfəttişlik şöbəsinin əməkdaşları mütəmadi olaraq respublikanın rayonlarındaezamiyyətdə olur, reyd və yoxlamalarda iştirak edirlər. Avqust ayında da əməkdaşlarımızBakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkıran şəhərlərində keçirilən reydlərdəiştirak edəcəklər. Həmişə olduğu kimi, bu reydlərdə də sürücülərin maarifləndirilməsiön plana çəkiləcək.

Bizimləsöhbətində polkovnik İlham Rəcəbov bildirdi ki, nəqliyyat vasitəsi sahiblərinin,sürücülərin və eləcə də avtonəqliyyat müəssisəsi rəhbərlərinin bir daha diqqətinəçatdırırıq ki, istifadələrində olan avtomobillərin mühərrikləri və yanacaqsistemi saz vəziyyətə gətirildikdən və xaric olan qazların tərkibinin ekoloji təhlükəsiznormalara uyğunlaşdırılması təmin edildikdən sonra istismara verilə bilər. Bizsürücülərdən xahiş edirik ki, bu xəbərdarlıqlara və tövsiyələrə əməl etsinlər.Əks təqdirdə texniki nasazlıqlara və atmosferə atılan zərərli qazlara görə,onlar İnzibati Xətalar Məcəlləsininmüvafiq maddəsilə 50 manat məbləğində cərimə ediləcəklər. Əlbəttə, sürücününimkanı varsa, cərimə əvəzinə gedib o maşının texniki qüsurlarını təmir etdirməsidaha məqsədəuyğundur.

Baş DövlətYol Polisi İdarəsinin Ekoloji Bölüyünün əməkdaşları da "Təmiz hava” aylığına həmişəolduğu kimi ciddi hazırlaşırlar. Bu məqsədlə Ekoloji Bölüyün stasionar postununsağında və solunda nəqliyyat vasitələrindən atmosferə zərərli qazlarınatılmasını müəyyənləşdirən texniki avadanlıqlar quraşdırılıb. Artıq bu gündən həminavadanlıqların köməyi ilə atmosferə normadan artıq zərəri qazlar atan nəqliyyatvasitələri müayinədən keçirilir.

Ekoloji Bölüyünkomandiri, polis polkovnik-leytenantı Fuad Mayılov "Təmiz hava” aylığı iləbağlı görülmüş və görüləcək işlərdən söhbət açdı. F.Mayılov bildirdi ki, bizbütün ilboyu təmiz havanın qorunması üçün səmərəli fəaliyyət göstəririk. Elə ənçox da atmosferi çirkləndirən nəqliyyat vastilərini stasionar postda bizaşkarlayırıq. İlk növbədə sürücülərin diqqətinə çatıdırırıq ki, mühərriksistemində yaranmış texniki qüsurları sürücülər vaxtında aradan qaldırsın. Bucür söhbətlərimiz "Təmiz hava” aylığından öncə də olur, elə həmin ərəfədə də.Bu söhbətlərdən kifayət qədər sürücü nəticə çıxarır və yaranmış texniki qüsuruvaxtında aradan qaldırır. Çox təəssüf ki, xəbərdarlıqlara və tövsiyələrə əməletməyən sürücülər də az deyil. Təbii ki, onlar da inzibati məsuliyyətə cəlbedilir, 50 manat məbləğində cərimə olunurlar. Amma biz istəməzdik ki, indikiiqtisadi çətinlik şəraitində sürücülər barəsində inzibati protokol tərtib edək.Əfsuslar olsun ki, bəzi sürücülər bizə bunu məcbur edirlər.

Hərhalda, avqustun 1-dən 31-ə qədər keçirilən "Təmiz hava” aylığında hər birsürücü öz üzərinə düşən məsuliyyəti dərindən dərk etməli, yol polisinin tövsiyəvə xəbərdarlıqlarını yerinə yetirməlidilər. Bu addımı atmaqla onlar həmatmosferə zərərli qazların atılmasının qarşısını alır, həm də inzibati məsuliyyətdənuzaq olurlar. Deməli, avtomobil saz saxlanılsa, sürücü də cərimə olunmaz!