adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Mart 2020 09:22
15593
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: APTEKLƏRDƏ MASKA VƏ SPİRT QƏHƏTƏ ÇIXIB

Bu koronaviruski, var ha, (heç dilim də dönmür, yaxşı da deyə bilmirəm – F.Q.) deyəsən köpəkoğlubir şeymiş. Onun sir-sifətindən (əgər sir-sifəti varsa) zəhər-zəhrimar tökülür.Çində öləzidiyi halda, Avropada tüğyan eləyir. Dünyaya meydan oxuyan İtaliya,Fransa, Almaniya, İngiltərə, nə bilim tay nəmənə ölkələr bunu öhdəsindən gələbilmir. Bilmirik, bu zad Allahın bəlasıdı, yoxsa Amerikanın oyunu!

Bilib-bilməməyimizdən asılı olmayaraq, nəmənəşeydisə, çox vahiməli bir bəladı. Ancaq bir şey də var da, insanı ağlı, gücü,iradəsi və gücü qarşısında nəinki koronavirus, hətta təbiətin ən böyük təhlükəsibelə zaman gələndə ram edilir.

Bizim məmləkətimizdədə ötən yazımızda da qeyd etdiyimiz kimi, bu zad insanlar arasında müəyyənqorxu yaradıb. Ancaq çox sağ olsun hökumətimizi ki, bu qorxu hovunu aradangötürüb və qabaqlayıcı tədbirləri həyata keçirib. Artıq orta və ali təhsil müəssisələrimartın 3-dən bağlanıb, yas və toy mərasimləri qadağan edilib, restoranlarda vəyeməkxanalarda axşam saat 9-dan sonra müştərilərə heç bir xidmət göstərilmir.

Üstəlik də əksəryaşayış binaları, sosial və ictimai iaşə obyektləri, ticarət mərkəzləri, metrostansiyaları və avtobuslar dezinfeksiya edilib və edilir. Bütün bunlar onu deməyəəsas verir ki, mövcud təhlükəni aradan qaldırmaq üçün ölkəmizdə çox ciddiaddımlar atılır. Deməli, hər bir sakin, hər bir vətəndaş bu məsələyə heç dəbarmaqarası yanaşmamalıdır. Ən azından ona görə ki, koronovirusdan heç kəssığortalanmayıb.

Beş-on günbundan əvvələ nisbətən bu gün Bakı şəhərində ictimai nəqliyyatda – avtobus vəmetro stansiyalarında maskalardan istifadə edən sərnişinlər daha çoxalıb. Eləbunun özü də bu virusdan qorunmağın ən yaxşı yoludu. Hərçənd ki, həkimlərmaskalarla bağlı birmənalı fikirlər səsləndirmirlər. Bəziləri deyir ki,camaatın əksəriyyətinin istifadə etdiyi maskalardan koronavirus başqalarına keçəbilər. Guya bu maskaları uzaqbaşı 2 saatdan artıq istifadə eləmək mümkün deyil.Gərək 2 saatdan bir maskanı dəyişəsən.

Bir başqaları dadeyir ki, o maskanı sağlam adamlar yox, xəstə insanlar taxmalıdılar. Üstəlik də,maskalar nazikdi və ondan virus asqırıb-öskürərkən başqasına asanlıqla keçər. Həttabəziləri məsləhət verirlər ki, maskaların arasına spirtlənmiş tənzif qoymaqlazımdır ki, o, xəstələri virusdan daha yaxşı qorusun.

Hər halda, bu xəstəliyəqarşı ən yaxşı mübarizə yolunu səhiyyə işçiləri deyə bilərlər. Onlar da davamlıolaraq əhalini maarifləndirir. Bakı şəhərində maskadan və spirtdən həddindənartıq istifadə edilməsi bu sahədə bir qıtlıq yaradıb. Məsələn, dünən Yeni Günəşlidəneçə aptekə baş çəkdik, dedilər ki, nəmaska var, nə də spirt. Görünür, əhali arasında koronavirusla bağlı şayələrinyayılması özü də bu sahədə müəyyən problemlər yaradıb.

Bununla yanaşı,bir çox apteklər vəziyyətdən istifadə edərək süni bahalaşma yaradır və maskanı,96 faiz spirti baha qiymətə camaata satır. Bu isə yolverilməzdir. Millətin çətinvəziyyətində bəzi işbazlar maskadan və spirtdən pul qazanmağa can atırlar.Hansı ki, ölkəmizdə səhiyyə sistemində və apteklərdə kifayət qədər maskalar vəspirtlər var.

Bəziləribildirirlər ki, koronavirusdan qorunmağın bir neçə yolu var: sarımsaq və soğanyemək, limondan istifadə etmək, imkan daxilində baldan da yararlanmaq lazımdı.Çünki bunlar immuniteti gücləndirir. Bir çoxları deyir ki, bu virusa qarşısarımsaqdan daha çox istifadə edilməlidir. Amma həkimlərin bildirdiyinə görə, virusa yoluxanlar sarımsaq yesələr də,yenə virusa yoluxub xəstələniblər. Həkimlərbirmənalı olaraq bildirirlər ki, bu virusdan qorunmağın yeganə yolu gigiyenikqaydalara əməl etməkdir. Yəni əllərin tez-tez sabunla yuyulması və dezinfeksiyaedilməsidir.

Görünür, bukoronavirus var ki, xəmir su apardığı kimi, bu da hələ çox baş ağrıdacaq.Yazımızın əvvəlində qeyd etdik ki, hər şey insan iradəsi və ağlı qarşısında ramedilir. Şübhəsiz ki, bu koronavirus da gec-tez Allahın köməkliyi ilə rədd olubçıxıb gedəcək öz işinin dalınca. Sadəcə olaraq, insanlar ictimai yerlərdə,insanların kütləvi toplaşdığı məkanlarda az olmalı, gigiyenik və sanitarqaydalara əməl etməlidilər. Ən azından asqıranda və öskürəndə dəsmallaağızlarını tutmalıdılar ki, başqlarına virus keçib eləməsin. Allah bizi bu bəladantezliklə xilas eləsin!