adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Yanvar 2019 12:28
69857
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: 50 NÖMRƏLİ MARŞRUTDA NƏ VAXT QAYDA YARADILACAQ?

Avtobuslarda və metroda gediş haqqınıqaldıranda bildirirdilər ki, bunu ona görə artırıq, əhaliyə xidmətin səviyyəsiyüksələcək. Təbii ki, buna inananlar da oldu, inanmayanlar da. Və bu gün inanmayanlarinananlardan daha çoxdur. Ən azından ona görə ki, qiymətlər 10 qəpik bahalaşdı,əksər marşrut xətlərində isə xidmətin səviyyəsi yüksəlmədi. Yəni hər şey olduğukimi qaldı. El dilində demiş olsaq, "köhnə hamam, köhnə tas”oldu.

Bu gün əhalinin böyük bir hissəsi yenə ictimai nəqliyyatdan – metrodanvə avtobuslardan istifadə eləyir. Burda da qəribə heç bir şey yoxdur. Elə insanvar ki, artıq metrodan və avtobusdan istifadə etməyə öyrəşib. Hətta fərdi avtomobiliolan yaxın dostlarımdan biri işə gedərkən maşını metronun "Xalqlar dostluğu” stansiyasınınyaxınlığında saxlayır, ordan işə gedir, qayıdanda da stansiyadan çıxıb şəxsi maşınına əyləşərək yaşadığıünvana yollanır.

Bütün bunların hamısı başa düşüləndir. Əgər ictimai nəqliyyat fasiləsizişləyirsə və orda əhaliyə nümunəvi xidmət göstərilirsə, təbii ki, ondan insanlardaha çox istifadə edirlər. Amma gəlin onunla razılaşaq ki, bu gün şəhərin mərkəziküçələrində hərəkət eləyən beş-altı marşrutdan savayı digərlərinin fəaliyyətində çoxlu sayda problemlər vardır. Xüsusən də Bakınınqəsəbələrinə və bir qədər gözdən uzaq, könüldən iraq yerlərə gedən avtobuslardanöqsanlar daha çoxdur.

Çox uzağa getməyək, metronun "Neftçilər” stansiyasından Yeni Günəşli yaşayışsahəsinə hərəkət edən 50 nömrəli marşrutu yada salmaq kifayət eləyər. Bu yerdənYeni Günəşliyə başqa bir marşrut da işləyir. Həmin marşrut 64 nömrəli marşrutdu.Qeyd etdiyimiz bu marşrutda işləyən avtobuslar da köhnə idi, müasir tələblərə cavabvermirdi, istismar müddətində texniki nasazlıq yaranaraq sıradan çıxırdı.

Ancaq 2018-ci ilin dekabrın son günlərində əvvəlki marşrut sahibindənbu marşrutu aldılar və yeni sahibkara verdilər. Yeni sahibkar isə 64 nömrəli marşrutatəptəzə və hər cür tələblərə cavab verən avtobuslar buraxıblar. Həmin avtobuslarən müasir kondisioner sistemi və digər qurğularla təchiz edilib. İndi bu marşrutdamənzilbaşına gedənlər isti avtobuslarda və komfortlu şəraitdə rahatlıqla ünvana çatırlar.

Çox təəssüf ki, bu sözləri başqa bir marşrut – 50 nömrəli marşrut barəsindədeyə bilmirik. Çünki 50 nömrəli marşrutda xəttə buraxılan əksər avtobuslar mənəvivə fiziki cəhətdən köhnəlib, istismar müddətini çoxdan başa çatdırıb. Amma bunabaxmayaraq, marşrutu işlədən sahibkar bu avtobuslardan istifadə edən sərnişinlərinhələ də əsəbləri ilə oynayır. Belə ki, sahibkar gözdən pərdə asmaq üçün başqa marşrutdaolan 5-6 iritutumlu avtobusu bu xəttə buraxıb. Guya nəsə bir dəyişiklik etməyə nailolub. Bu gün xətdə işləyən ortatutumlu və iritutumlu avtobuslarda istilik sistemiişləmir. Bəzilərində işləsə də soyuq qış günlərində avtobusun salonunu qızdırmaqmümkün olmur. Üstəlik də bir neçə ortatutumlu avtobusun yuxarı kiçik pəncərəsi sınsada, ora yeni şüşə vurmaq əvəzinə karton qoyublar. Hava da bir balaca küləkli vəsoyuq olanda soyuq kütlə salona dolur. Hələ bu azmış kimi, ortatutumlu avtobuslarınön və arxa qapıları yaxşı bağlanmadığına görə aradan içəri güclü soyuq daxil olur.

Qəribədir ki, bu marşrutda işləyən bəzi sürücülər soyuq qış günlərindəhətta tez-tez qabaq qapını örtməyi belə yaddan çıxarırlar. Bir dəfə belə bir vəziyyətəgörə, sərnişinlər sürücüyə dedilər ki, maşının qapısı açıq sürürsünüz, soyuqdanqırıldıq, qapını ört! Sürücü isə bu iraddan sonra qapını örtür, növbəti dayanacaqdayenidən qapını örtməyi unudurdu. Axırda sərnişinlərdən biri hövsələdən çıxıb dedi:

- Ay rəhmətliyin oğlu, bizi qırdın ey! Bizim qapını ört deməkdən dilimizqabar oldu, sən də bağlamamaqdan yorulmadın. Belə də adam daşıyarlar?

Ümumiyyətlə, 50 nömrəli marşrutda bu cür nöqsanlara tez-tez rast gəlməkolur. Elə sürücü var ki, sərnişinlərə məhəl qoymadan siqaret çəkir, elə də sürücüvar ki, apardığı insanların təhlükəsizliyinidüşünmədən mobil telefonla danışır. Bəzi sürücü isə dayanacaq oldu-olmadı,sərnişin gördüsə, o dəqiqə saxlayıb onu götürür.

Bu xırda nöqsanları bəlkə də yola vermək mümkündür. Onsuz da Yeni Günəşlicamaatı elə çətinliklərə uzun illərdir alışıb. Amma camaat ona alışa bilmir ki,qəsəbənin başqa istiqamətinə hərəkət edən 64 nömrəli marşruta yeni avtobuslar buraxıblar,50 nömrəli marşrutda isə köhnə sınıq-salxaq avtobuslar işləyir. Havaların soyuqkeçməsi isə bu marşrutdan istifadə edənləri daha çox narahat edir. Və belə getsə,hələ bundan sonra da narahat edəcəkdi.

Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri dəfələrlə bəyan ediblər ki,hansı sahibkar əhaliyə nümunəvi xidmət etmir, istismar müddəti başa çatmış avtobuslarıxəttə buraxır, biz həmin marşrutu işinin öhdəsindən gələ bilməyən sahibkardan alıb digər işgüzar adamlaraverəcəyik.

50 nömrəli marşrutu işlədən sahibkar da nə gizlədək, uzun illərdir insanlaranümunəvi xidmət göstərə bilmir, köhnə avtobusları xəttə buraxmaqla sərnişinlərinəsəbləri ilə oynayır. Ya sahibkar zəhmət çəkib xəttə yeni avtobus buraxmalıdır,ya da Bakı Nəqliyyat Agentliyi 50 nömrəli marşrutu işinin öhdəsindən gələ bilməyənsahibkardan alıb başqasına verməlidir ki, xəttə yeni avtobuslar buraxılsın. Bax,bu günü, bu anı 50 nömrəli marşrutdan istifadə edən sərnişinlər çox böyük ümidləvə səbrsizliklə gözləyirlər.