adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Noyabr 2019 16:53
17714
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: ... YAĞIŞ DAMIR...

50 nömrəlimarşrutda hərəkət edən 90 RU 241 nömrəli avtobusun salonuna yağış yağırdı


Bu sözləri eşidənoxucu heç də təəccüblənməsin. Nə eşidibsə, düz eşidib. Axı, biz evin damından,digər örtüklərdən yağış damdığını görmüşük. Amma buna heç vaxt təəccüblənməmişik.Ən azından ona görə ki, evin, mənzilin damından yağış damar da...

Amma noyabrın21-də səhər saat 09:30-da Yeni Günəşlidən metronun "Neftçilər” stansiyasına gedən90 RU 241 nömrəli avtobusda bunun da şahidi olduq. Elə yerimizi təzəcərahatlayıb oturmuşduq ki, bir də gördük başımıza yağış damcısı düşür. Düşündükki, yəqin pəncərə açıqdır və yağış da oradan salona düşür. Ancaq pəncərəyəbaxanda gördük ki, bütün pəncərələr kimi avtobusun bizim yanımızdakı pəncərəsidə tamamilə bağlıdır.

Birdən qabaqdaoturan sərnişin də bərk narahat oldu. O gənc olduğu üçün başına papaqqoymamışdı. Elə yağış da onun başına damırdı. Digər sərnişinlər də özlərinirahat hiss eləmirdilər. Çünki onlar da bu yağışın avtobusun salonuna və üstlərinədamdığını görürdülər.

Sanki avtobusdabir özbaşınalıq, bir xaos yaranmışdı. Salondakılar havanın soyuqluğundan yox,içəri daman yağışdan qorxurdu. Hərçənd ki, ortatutmlu avtobusun istilik sistemidə işləmirdi. Ümumiyyətlə, bu marşrutda hərəkət edən ortatutumlu avtobusların əksəriyyətindəqışın oğlan çağında da istilik sistemi işləmir. Və bu ortatutmlu avtobuslar datexniki cəhətdən nasaz olduqları üçün tez-tez sıradan çıxır və yarıyolda qalır.Və biz bu avtobuslarla qışın soyuğunda, yayın istisində yollarda çox qalmışıq.Yenə yayda birtəhər dözmək olur. Amma vay o günə ki, küləkli günə düşəsən, havada soyuq ola. Bax, onda şaxta adamı qılınc kimi kəsir.

Yağış damanavtobus axır ki, gəlib metronun "Xalqlar dostluğu” stansiyasına çatdı. Sərnişinlərdə gedişhaqqını ödəyib düşəndə sürücüyə iradlarını bildirdilər:

- Xəbərin var,avtobusun salonuna yağış yağır ey! Ordan gələnə kimi əməlli-başlı islandıq. Sürücü irad tutanlarınbirinə dinmədi, birinə cavab vermədi, birini də yola verdi. Axırda səbri tükənibdedi:

- Ay başınızadönüm, xəbərim var ey, elə o yağış mənim də başıma yağır da. Amma mən neyniyim,məcburam ki, bir tikə çörək üçün sükan arxasında əyləşim və işləyim.

Sürücünün buetirafından sonra tay heç kim ona bir söz demədi. Guya desəydilər nə olacaqdı?!Avtobusun damından yağış salona yağırsa, bunu sürücü yox, onun məxsus olduğuşirkətin rəhbəri təmir elətdirməlidir.

Biz də bunöqsanları və çatışmazlıqları 50 nömrəli marşrutun sahibinin diqqətinəçatdırırıq. Deyirik bəlkə sərnişinlərin bu haqlı narazılıqları həll edilə,yağış daman avtobuslar ya təmir olunar, ya da təmirə yaramırsa onu xəttənçıxarıb başqa avtobusları istismara buraxalar. İnşallah, görək bu məsələlər nəvaxt öz həllini tapar?!