adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Iyun 2019 15:06
13330
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: ... VƏ QARPIZ

Qarpızısevməyən adam yoxdur. Çünki isti havalarda elə adamın ürəyi çox vaxt qarpız istəyir.Bizimkilər də maşallah, isti düşəndən bir neçə gün sonra bazara, küçələrə nə qədərdesən qarpız çıxarırlar. Amma bu qarpızı da gərək öz mövsümündə yeyəsən. Yəni dədə-babadan bostanda əkilmiş qarpız ən yaxşıhalda avqustun əvvəllərində yetişərdi. Avqustun əvvəllərində yetişən qarpızyeyiləndə min bir dərdin dərmanı sayılıb.

Hətta ovaxtlar həkimlər böyrəyində duz, daş olan adamlara deyərdilər ki, qarpızmövsümündə çoxlu qarpız yesin. Və o xəstə adamlar da həmin mösümü səbrsizlikləgözləyirdilər. Qarpız yetişəndə doyunca yeyərdilər, sonra həkimə gedərdilər,müayinədən keçərdilər, məlum olardı ki, o qum da, o kristal da, o daş da əriyib yoxa çıxıb. Bundan sonra həm xəstə sevinərdi,həm də həkim.

İndisatışa çıxarılan qarpızlar nə o vaxtkı məhsulların dadını verir, nə də ki, minbir xəstəliyə çarə olur. Çünki o vaxtkı toxumlar da it-bata düşüb. Xaricdən gətiriləngeni dəyişdirilmiş toxumlar isə əkiləndən sonra nə qədər qulluq eləsən də ötən əsrin60-70-ci illərinin qarpızının tamını vermir, heş verməyəcək də.

Dünənevimizə qayıdırdım. Yeni Günəşlidəki qəbiristanlığın yanından qartal heykəlinə kimi enəndə yolunsağında nə az, nə çox bir-burundən uzaq məsafədə olmayan 5 maşın gördüm. Və o 5maşının hər birində qarpız-yemiş qoyulmuşdi. Gendən baxanda çox qəşəng görünür.Qalın qabıqlı qara qarpızlar adama gəl-gəl deyir. Ancaq onu da gördüm ki, oqarpızı hələ çox adam almır. Bir-iki adam maşının yanında dayanıb satıcı ilə söhbətedirdi. Satıcı da bəh-bəhlə qarpızları tərifləyirdi.

Hava həddindənçox istiydi. Bir istədim düşüb mən də bir qarpız alım, ancaq fikrimdəndaşındım. Çünki uşaq vaxtı kənddə olanda bizim də bostanımız vardı. Və obostanda qarpızlar ancaq avqust ayında dəyərdi. O qarpızları yeyəndəşirinliyindən doymaq olmazdı.

İyunun11-də bu qarpızı alıb yemək üçün adamdaqurd ürəyi lazım idi. Əgər həkimlərin dediyinə inansaq, bu qarpızlar istixanadayetişdirilir və onun tez böyüməsi üçün o qədər kimyəvi maddələrdən, gübrələrdənistifadə edilir. Deməli, üstəlik küçədə satılan bu qarpızlar heç laboratoriyamüayinəsindən keçməyib. Yəni heç bir analiz-filan olmadan maşın-maşın qarpızı gətiribküçədə satırlar.

Təbiiki, onu alıb yeyənlər də var. Amma indi qarpız yemək çox risklidir. Ən azındanona görə ki, indi satılan qarpızlar günəş şüası altında deyil, istixanalardaböyüdülüb. Elə ən çox qarpızdan zəhərlənmə halları da vaxtından tez yetişdirilənvə satışa çıxarılan qarpızlarda baş verir. Hər il iyun və iyul aylarının əvvəllərindəistixanalardan gətirilən qarpızı yediklərinə görə, xeyli insan zəhərlənir. Təkibu il belə olmasın!

Qida TəhlükəsizliyiAgentliyindən bildirilir ki, bazarlara gətirilən qarpızlar laboratoriya analizlərindənkeçiriləcək, onun tərkibi normaya uyğun gəlsə, satışına icazə veriləcəkdir. Taybilmirik, bazarlardakı qarpızlar məlum qurum tərəfindən analiz olunur, olunmayır?Bildiyimiz odur ki, bazar-dükanlarda vəyolun kənarında o qədər qarpız satılır ki. Qida TəhlükəsizliyiAgentliyi heç bazarlara nəzarət eləyə bilmir, o ki, qala yolların kənarındasatılan qarpızlar ola.

Bir arada Qida Təhlükəsizliyi Agentliyi hansısa müsbət addım atmaq istədi. Ammasonradan bu addımlar müsbət nəticə vermədi. Bu gün bir çoxları zəhərli qida məhsullarıilə əhalinin başına olmazın oyununu açırlar. Bəlkə də Azərbaycan yeganə ölkədirki, burda xaricdən gətirilən və ölkədə istehsal olunan qida məhsullarına adiyyətiqurumlar nəzarət edə bilmirlər. Adam bilmir ki, hansı qidanı alsın ki, ondan zəhərlənibeləməsin.

İndi də bu qarpız məsələsi. Biz heç də qarpızsatanların bostanına daş atmaq istəmirik. Sadəcə, ölkədə bu sahədə baş verənqanunsuzluğu və özbaşınalığı adiyyəti qurumların nəzərinə çatdırırq ki, onunqarşısını alsın. Hələ nə qədər ki, buqarpızlardan zəhərlənən yoxdur və ya azdır, bu sahədə qabaqlayıcı tədbirlərgörmək bir o qədər də müşkül iş deyil. Sadəcə olaraq, vəzifə sahibləri öztamahlarını saxlayıb bu cür qanunsuzluqların qarşısını ala bilərlər.

Bakıda havalar get-gedə daha da istilənir. Məsələn,bu gün Bakıda hidrometroloqların dediyinə görə, müsbət 35 dərəcə isti var. İstihavada isə adamın ürəyi sərin su, dondurma, qarpız istəyir. Sərin su da içməkolar, dondurma da yemək mümkündür, amma bu qarpız məsələsinə gələndə elə zadlarola bilər ki, yediyinə peşiman olarsan. O zadların olmaması üçün isə insanlaristixanada yetişdirilmiş qarpızdan tamahlarını saxlamalı, ondan uzaqdurmalıdılar. Yoxsa o zadlar adamın başına olmazın işi gətirə bilər.

Yəniindi satılan qarpızı yeyərsən, sonra da zəhərlənərsən. Zəhərlənməyə də bilərsənha! Bax, bunu deyə bilmərik. Özünüz deyəcəksiniz ki, bu müəllimin də işi-gücüqurtarıb, qoyun qarpızımızı yeyək! Tay biz hamının başının üstünü kəsdirb kiməsəhökm eləyə bilmərik! İstəyirsiniz qarpız yeyin, istəmirsiniz yerməyin! Bununbabalı öz boynunuza!