adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Mart 2024 22:31
4938
TEXNOLOGİYA

"Facebook" və "Instagram"da yaranan problemin ilkin səbəbi açıqlandı - YENİLƏNİB

Uğursuzluğa görə fəaliyyətini dayandıran Meta Korporasiyasının xidmətləri yenidən istifadəçilər üçün əlçatan olub.

Adalet.az xəbər verir ki, bu barədə şirkətin sözçüsü Endi Stoun X səhifəsində məlumat verib.

Stoun yazıb:

"Texniki problemə görə insanlar bəzi xidmətlərimizə daxil olmaqda çətinlik çəkdilər. Biz problemi hər kəs üçün mümkün qədər tez həll etdik və yaranan narahatlığa görə üzr istəyirik".

Qeyd edək ki, 359 mindən çox insan “Facebook”un, 56 min nəfər isə “Instagram”ın fəaliyyətində problem olduğunu bildirib.

 

***

Qırmızı dənizdə dörd "HGC Global Communications" kabeli zədələnib.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, Honq-Konqda yerləşən "HGC Global Communications" Qırmızı dənizin dibindəki dörd dənizaltı telekommunikasiya kabelinin kəsildiyini və bunun trafikin təxminən 25%-nə təsir etdiyini açıqlayıb. 

Şirkətdən zərəri azaltmaq üçün dünya üzrə trafikin istiqamətini dəyişdirmək və Qırmızı dənizdə hələ də aktiv olan 11 kabel vasitəsilə trafiki paylamaq üçün addımlar atıldığı bildirilib.

Qeyd edək ki, təbii fəlakətlər və gəmiçilik səbəbindən hər il dünyada 200-ə qədər sualtı internet kabelləri zədələnir.

 

***

"Facebook" və "Instagram" hesablarından kütləvi şəkildə çıxış halları baş verib.

Adalet.az xəbər verir ki, problem Azərbaycanla yanaşı, bir çox dünya ölkələrində də müşahidə olunur.

Sosial şəbəkələrdəki hesablara yenidən daxil olmaq istədikdə xəta baş verir.