“Facebook” Kadırovu bloklamasının səbəbini açıqladı
Çeçenistan lideri Ramzan Kadırovun "Facebook" və "Instagram" səhifələrinin bloklanmasının səbəbi açıqlanıb.
Adalet.az lent.az-a istinadən bildirir ki,bu qərar ABŞ tərəfindən R. Kadırova sanksiyanın tətbiq olunması ilə əlaqədardır.
"Həmin akkauntlar ABŞ-da ticarət-iqtisadi sanksiyaların tətbiq olunduğu xüsusi kateqoriyalı və yasaqlı şəxslərin siyahısındakı şəxsə məxsus idi və ya onun adına açılmışdı. Bununla əlaqədar "Facebook" bu şəxsin səhifələrinin deaktiv edilməsi yönündə hüquqi məsuliyyət daşıyır", - deyə "Facebook"dan bildirilib.
Xatırladaq ki, ABŞ ötən həftə "Maqnitski Aktı" çərçivəsində Ramzan Kadırova sanksiya tətbiq edib. Dekabrın 23-də R. Kadırovun "Facebook" və "Instagram" səhifələri bloklanıb.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29