Əzizə İsmayılova: "Yeyib içən oğlan yaman olmaz..."

Deməli, bu şəkildə gördüyünüz bəy əfəndilər, düz 19 nəfər olmaqla, yığışıb gediblər Zərdabın Aşağı Seyidlər kəndində "Seyidlər bağı” deyilən yerdə, Kür çayının sahilində yeyib-içməyə. Koroğlu kimi toqqanın altını bərkidənə kimi nəyi var yeyib-içiblər. Əhval-ruhiyyə necə "zaşkal" vurubsa, məclisin video görüntülərini də sosial şəbəkələrdə paylaşıb, karantinin dadını necə çıxartdıqlarını nümayiş etdiriblar..
Bunu görən polis gözünə döndüklərim də "Kür qırağının əcəb seyrangahı var..."-deyibən gedib kəsdiriblər başlarının üstünü.
Axırı nə olub?
Heç nə. Məclisin təşkilatçıları olan rayon sakinləri Rza Alxasov və Sabiq Nəbiyev rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbslə, qalanları da İXM-nin 211-ci maddəsi ilə təltif olunaraq 100 manatlıq cərimə kağızı ilə təntənəli şəkildə mükafatlandırılıblar.
Şair necə deyir?
Adama deyərlər, niyə də, bax niyə?
Digər Xəbərlər

Hikmət Hacıyevdən Milli Mətbuat Günü ilə bağlı paylaşım

Hər şeyi kadrlar həll edir... - Ələmdar Məmmədov yazır

İstifadəyə yararsız və qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi həyata keçiriləcək
