adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Mart 2020 21:34
15357
DÜNYA

Ey Yunanıstan, qapılarını aç! – Ərdoğandan çağırış

8 Mart bayramını qeyd etmək önəmlidir. Amma Suriyada 9 ildir davam edən müharibədə ölən 1 milyona yaxın insanın yarısı qadın və uşaq olduğu halda bu məsələyə kimsənin diqqət yetirdiyini görmədik. Təəssüf ki, heç bir ölkənin bu məsələdə həssaslığı yoxdur.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan çıxışında miqrantları qəbul etmək istəməyən Yunanıstan, o cümlədən Avropa Birliyinə də səslənib:

"Avropanın qapılarında gözləyən qadınlara verilən əzabları kimsənin qınadığını eşitmədik. Ey Yunanıstan, sən də qapılarını aç, Avropanın başqa ölkələrinə getsinlər. Bunun başqa çıxış yolu yoxdur”.(axar.az)