adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Iyun 2019 14:18
34384
İDMAN

Əvvəli qalmaqalnan başlayan oyunun sonu necə olacaq? - SORĞU

Bu günTürkiyənin futbol üzrəmilli komandası "Avro 2020” çempionatının təsnifat mərhələsində İslandiya millisi iləqarşılaşacaq.

Türkiyəli futbolçulara qarşı edilən hörmətsizliklərdənsonra yaranan qalmaqallar oyuna olan marağı daha da artır. Kəskin intriqalı keçəcəyitəxmin edilən oyun səbirsizliklə gözlənilir.

Adalet.az Türkiyə futbolunun azarkeşi olan ikijurnalistin fikirlərini öyrənib

CBC sport kanalının əməkdaşı FəridAxundov son hadisələrdən sonra bu matçıntəkcə 3 xal qazanmaq mahiyyəti daşımayacağını deyib:


"Türkiyənin hazırda qrup lideri olması Avro-2020-yə vəsiqə əldə etməkbaxımından əsas rəqibi İslandiyanı da təzyiq altında saxlayır. Çünki İslandiyaməğlub olacağı halda bir müddət ya da elə qrupda mübarizənin yekununa qədər2-ci pillə üçün Fransa ilə rəqabət aparmalı olacaq. Bu da onlar üçünarzuolunmazdır.”

Hava limanında baş verənlərin gərginliyi artırdığını deyən FəridAxundov bu cür vəziyyətləri motivasiyakimi istifadə edə bilən Türkiyə millisinə bütün bu hadisələrin qələbə ruhubaxımından onlara kömək edəcəyini düşünür.

"Artıq futbolçular özləri necə lazımdırsa kökləniblər. Unutmayaq ki,Konyadakı matçda da türkiyəlilər Fransa himnini fitə basmışdılar. İndi də bucür hadisənin yaşanması UEFA-nın üzərinə məsuliyyət yükləyir. Deməli, bu cürvacib oyunlardan əvvəl ölkə futbol federasiyaları lazımi həssaslığı göstərmir.

Bir qədər də oyunun içi haqda danışmaq lazımdır. Vəziyyətə baxın da,görün, nə dərəcə kənar faktorlar var. Matçın özü 2-ci planda qalıb. Fransa iləgörüşdəki Türkiyə millisi 2002 və 2008-dəki komandaları xatırladırdı. İstəkli,yüksək motivasiyalı və düzgün taktikalı kollektiv gördük. Ancaq Fransaoyunundan fərqli olaraq, bu dəfə Konyada oynamırlar. Türkiyə millisi İslandiyasəfərində buna qədər 2 dəfə oynayıb. Statistika belədir: 2 məğlubiyyət, top fərqində0:5 gerilik.

Fransa ilə səfər matçında 0:4 hesablı məğlubiyyət, Albaniya vəAndorra qarşısındakı qələbələr məncə, ciddi ölçü deyil. Ona görə bu görüşDÇ-2018-dən sonra UEFA Millətlər Liqasında fiasko yaşayan İslandiya yığmasınında hazırda hansı formada olduğunu göstərəcək.”

Axar.az saytının əməkdaşı OrxanTağı İslandiya-Türkiyə oyununun sondünya çempionu üzərində evdə qazanılmış 2-0 hesablı qələbədən sonra qrupdaTürkiyə üçün həlledici oyuna çevrildiyini deyib:

"Qardaş ölkə futbolçuları İslandiya üzərində qələbə ilə zənnimcəindidən Avro 2020-yə vəsiqəni təmin edə bilər. Qrup oyunlarında 3 oyundamaksimum nəticə göstərən Türkiyə millisinin son 7 oyunundan 2-sinin autsayderAndorra ilə olduğunu nəzərə alsaq səfərdə hətta İslandiya millisi ilə heç-heçəbelə türklərə sərf edə bilər. Belə olan halda qrupun favoriti Fransa olmasınabaxmayaraq, noyabrın 17-də Türkiyə millisi Andorranı səfərdə məğlub etməkləqrup lideri də ola bilər. Artıq nisbətən güclü albanları səfərdə, Türkiyəmillisinin hazırda nümayiş etdirdiyi futbolu tarixi boyu oynamamış moldavanlarıisə evində məğlub etmiş türk futbolçular, İslandiyadan qazanılan xal və yaxallarla bu komandalarla cavab qarşılaşmalarına da ruh yüksəkliyi ilə çıxacaq. İslandiyailə qarşılaşmanı maraqlı və prinsipial edən başqa bir məqam isə qarşılaşma üçünbu ölkəyə yollanmış Türkiyə millisinin hava limanında elə türk mətbuatının diliilə desək "işgəncə”yə məruz qalmasıdır. İdman və siyasət müstəvisində bir çoxtürkün sərt reaksiya verdiyi bu "təxribat” qardaş ölkə oyunçularınıqarşılaşmaya daha güclü köklənməyə vadar edə bilər. Çünki Türkiyə millisininxarakter nümayiş etdirdiyi prinsipial qarşılaşmalardakı uğurları hər bir azərbaycanlınınyaddaşında iz buraxıb.”

Qarşılaşma ilə bağlı hesab təxmini çətindir. Sadəcə hər ikikomandanın fərqləndiyi və böyük ehtimalla heç-heçə bitəcək bir qarşılaşma gözləməkolar. Nəticədən asılı olmayaraq, Türkiyə millisinin oynadığı gözəl oyunla növbətidəfə rəğbət qazanacağına ümid edirəm.”