Evlənmək istəyən 1737 nəfərdə sifilis aşkar edilib
Cari ilin yanvar ayı ərzində nikaha daxil olmaq istəyən 9779 şəxs icbari tibbi müayinədən keçib.
Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfuziologiya İnstitutun talassemiyanın profilaktikası şöbəsinin müdiri Aysel Ərdoğan məlumat verib.
Şöbə müdiri bildirib ki, həmin şəxslərin 277 nəfərində talassemiya daşıyıcılığı olduğu müəyyən edilib: "Müayinədən keçən bir cütlükdə talassemiya daşıyıcılığı aşkar olunub. 9 nəfərdə sifilis, 4 nəfərdə isə HİV aşkarlanıb. 2016-2019-cu illərdə 5053370 nəfər icbari tibbi müayinədən keçib. Onlardan 18512 nəfərdə talassemiya daşıyıcılığı, 1737 nəfərdə sifilis, 459 nəfərdə HİV aşkar edilib. Cütlüklərdən yalnız 190-da talassemiya daşıcılığı müəyyən olunub”.
A.Ərdoğan qeyd edib ki, talassemiya daşıyıcılığı aşkar edilən və ailə həyatı quran cütlüklərdən bu günə qədər 111 nəfər molekulyar genetik analiz üçün müraciət edib. "Götürülən dölyanı mayenin müayinəsi nəticəsində uşaqların 24-ü xəstə, 25-i sağlam, 62-də isə daşıyıcılıq aşkar edilib. Xəstə dölləri olan qadınlar hamiləliyi sonlandırıb”.
Digər Xəbərlər
03 May 2024 16:07
Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15