Evində 30 pişik saxlayan kişi məhkəməyə verildi

Moskvada məhkəmə bir kişiyə mənzilində 30 pişik saxlamağı qadağan edib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə paytaxtın Butırski Məhkəməsi qərar qəbul edib.
Həmin şəxs qonşuların şikayətindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Rus öz ev heyvanlarını antisanitar şəraitdə saxladığı üçün yerli sakinlər mənzillərində və ümumi yerlərdə xoşagəlməz qoxular hiss etməyə başlayıblar. Eyni zamanda, pişiklərin sahibinə asayişi bərpa etmək istənilsə də, o, qonşuların sözlərinə reaksiya verməyib.
Yerli sakinlərin mənafeyi naminə məhkəməyə müraciət edilib. Məhkəmə həmin şəxsə mənzildə ev heyvanları saxlamağı qadağan edib və ona mənzili yığışdırmağı tapşırıblar. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra pişiklərin hara gedəcəyi məlum deyil.
Digər Xəbərlər

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR

41 il əvvəl 106 saylı marşrutda terror: Cani erməni niyə cəza almadı? - TƏFƏRRÜAT
