adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Avqust 2014 11:56
13118
TEXNOLOGİYA

Evimizin rəngləri...

Rənglərininsanın həyatında, psixologiyasında və məişətdə roludanılmazdır. Qədim zamanlardan indiyədək hər bir konkret rəngə müəyyən mənaverilib. Rənglər bizə təkcə psixoloji və emosional təsir etməklə qalmır,xarakter və sağlamlığımızda da iz qoyur.

Maraqlıdırki, insan rəngləri görmək qabiliyyətini anadan olandan bir müddət sonra əldəedir. Rəngli dünya uşaq üçün müəyyən ardıcıllıqla açılır. Əvvəl o, qırmızı, sarı və yaşıl,sonra isə bənövşəyi, göy və mavi rəngləri seçməyə başlayır. Yeri gəlmişkən,artıq müəyyən edilib ki, quşların və həşəratların çoxu göy və mavi rəngdənqorxur.

Düzgün rəng seçimi geyimlə yanaşı, evin interyerində də çox vacibdir. Belə ki, sarı otaqda nəbz normal, mavidə yavaş olur, qırmızıda isədöyünmə artır. Evdə hər otağınrəngi həmin otağın aurasına təsir edə bilmək xüsusiyyətinə malikdir. Otaqları boyayarkən insanınbioloji tələbatı nəzərə alınmalıdır. Bu əsasən divar kağızı və pərdələrəaiddir. Daha çox vaxt keçirilən, kitab oxunan, zehni işlə məşğul olunan otaqdayaşıl rəngə üstünlük vermək, göy və mavi rəngdən istifadə etməmək məsləhətdir. Əks halda bu otaqda çalışan yuxuya meyl edər. Artıqsübut olunub ki, mavi rəng rahatlıq və yuxu gətirir. Bu səbəbdən də yataq otağını bu rəngə boyamaq məsləhətdir.
Qonaq otağının dizaynınıtərtib edərkən təbii və yumşaq tonlu rənglərə üstünlük vermək məqsədə uyğundur.Çünki, qonaq otağı dincəlmək, söhbət etmək, musiqiyə qulaq asmaq və s. üçünistifadə olunduğuna görə diqqəti yayındıran, rəngləri seçmək tamamilə yanlışdır.Qonaq otağında ağ, yaşıl və açıq tonlu rənglərə üstünlük vermək; divan, kreslo,xalça, habelə aksesuarların rəngini isə divarın rənginin tünd çalarlarında seçməklazımdır.
Mətbəxin dizaynıüçün sarı çalarlı, enerji verən rənglər seçilməlidir. Çünki bu tip rənglər tənbəlliyinqarşısını alır, enerji verir və işləmək həvəsini artırır. Mətbəx işıqlı olmalıvə mətbəxdəki əşyaların rəngi nisbətən tünd rəng çalarlarında seçilməlidir. 
Uşaq otağının dizaynındayeniyetmə yaşına çatana qədər olan uşaga sevinc və enerji bəxç edən qırmızı,narıncı və sarı rəngləri istifadə olunmalıdır. Yeniyetmə yaşına çatdıqdan sonraisə uşağın psixologiyasının rahat olmasına görə mavi və yaşıl rəngin müxtəlifçalarlarından istifadə etmək olar. Uşaq otağının interiyerində tünd rəngdənuzaq olmaq və otağın işıqlandırılmasına, aydınlıq olmasına diqqət yetirməklazımdır. 
Vanna otağı nisbətənkiçik olduğu üçün interyer seçimində açıq rənglərə üstünlük verilməlidir. Vannaotağında əsasən ağ rəngə üstünlük verilir. Çünki, bu rəng insana təmizlik və təravəthissi bəxş edir. Mavi, yaşıl, narıncı rəngin bütün çalarları üstünlük verilməsilazımi rənglərdəndir.