adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2025 16:55
49
TEXNOLOGİYA
A- A+

ETX-dən saytlarda yaranan problemlə bağlı açıqlama

Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur.

Adalet.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

"Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb.

Bir daha qeyd edirik ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa "Cloudflare"in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır, bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.

Nasazlıqla bağlı "Cloudflare"də açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür", - deyə məlumatda qeyd olunub.