adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Mart 2020 18:10
18370
SİYASƏT

ETSN-də Latviya səfiri ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançs ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Latviya arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri, həmçinin iki ölkə arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.