ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Sabirabadda keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin növbəti görüşü Mil–Muğan regionu üzrə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarında fəaliyyət göstərən təhsil müəssisələrinin həmkarlar ittifaqı komitələrinin iştirakı ilə keçirilib.
Adalet.az xəbər verir ki, tədbir 7 noyabr 2025-ci il tarixində Sabirabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutub. Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Görüşdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, komitənin məsul əməkdaşları və 322 ilk həmkarlar ittifaqı təşkilatının sədrləri iştirak ediblər.
Araz Paşayev öz çıxışında üzv təşkilatlarla birbaşa dialoqun və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin ittifaqın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib. O, üzv təşkilatların sosial layihələrdə iştirakı, təhsil müəssisələrində əmək münasibətləri, sosial təminat və maarifləndirmə istiqamətində görülən işlər barədə məlumat verib, həmçinin ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi sahəsində AHİK və ETİHİ tərəfindən həyata keçirilən tədbirləri və bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.
Açıq dialoq formatında keçirilən görüşdə bir sıra aktual məsələlər müzakirə olunub, ilk təşkilat sədrlərinin sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.
ETİHİ Respublika Komitəsi tərəfindən ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə görüşlər mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və 146 üzv təşkilatı özündə birləşdirən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi AHİK-in üzv təşkilatıdır.
Digər Xəbərlər
05 Dekabr 2025 14:27
"Qaçqınkom" Qaradağdakı yanğınla bağlı məlumat yaydı
05 Dekabr 2025 14:06
İstanbulda televiziya aparıcıları saxlanıldı
05 Dekabr 2025 12:26
Hərbi xidmətə çağırılan dövlət qulluqçuları üçün ŞAD XƏBƏR
05 Dekabr 2025 11:59
Azərbaycanda bu şəxslər 30 min manat cərimələnəcək
05 Dekabr 2025 11:11
Azərbaycanda bu şəxslər 2 ilədək həbs ediləcək
05 Dekabr 2025 10:46
"ADY-nin fəaliyyəti yenidən formalaşdırılır" - Rövşən Rüstəmov
05 Dekabr 2025 09:10
Ramiz Mehdiyev və onun çevrəsinə qurtuluş yoxdur
04 Dekabr 2025 22:11


Bakı -°C

