Etibar Əliyev: “Lütfi Zadənin kəşflərinə rast gəlməmişəm”
"Azərbaycan Lütfi Zadəyə burda doğulmuş şəxs kimi hörmət edir”
Bu sözləri təhsil eksperti Etibar Əliyev söyləyib. O, Lütfi Zadə haqda fikirlərini bölüşüb:
"Azərbaycan Lütfi Zadəyə sadəcə burda doğulmuş şəxs kimi hörmət edir. Bizim ona münasibətimiz onun bizə olan münasibəti ilə adekvat olmalıdır. Landau da bizim həmyerlimizdir. Həmyerli kimi mən Landauya daha çox önəm verirəm. Ciddi ensiklopediyalarda mən Lütfi Zadənin bioqrafiyasına və kəşflərinə rast gəlməmişəm. Əgər böyük kəşfləri olubsa, bu, Amerikanın adına bağlanılır. Aziz Sancar Bakıda qonaq olanda ondan soruşdum ki, Türkiyəyə qayıtmaq və işləmək niyyətiniz varmı? Sancarın düşündürücü cavabı oldu: "Mən elmi uğurlar qazandığım Amerikanın üzərimdəki haqqını necə unuda bilərəm?” Və Aziz Sancar türk-Amerika alimi kimi tanınır, Lütfi Zadə Amerika-Azərbaycan alimi oldumu?
Başqa bir nümunə deyim. Elektronu Tomson kəşf edib. Gündəlik ən çox işlənilən anlayışlardan biri elektrondur. Tomsonun adını kim çəkir? Elmin milləti yoxdur. Məncə Azərbaycan xalqı Lütfi Zadə bizə nə etmişdisə, onun 10 qat əvəzini qaytardı. Ruhu şad olsun”.
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52