adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Dekabr 2019 09:10
22393
GÜNDƏM

ETİBAR ƏLİYEV, BİZDƏ NEÇƏ NÖV PENDİR VAR?

Təhsil eksperti Etibar müəllim ötənlərdə sosial şəbəkədəŞarl de Qolldan belə bir paylaşım edib: «246 növ pendiri olan ölkəninecə idarə etmək olar?»

Maraqlı sualdı. Görən, bizdə neçə növpendir var: qoyun pendiri, keçipendiri, mal pendiri, motal pendiri, basdırma pendir (çox adam bilməz basdırma pendir nədir. Onu bir qabayığıb yetişmək üçün təxminən50-60 santimetr dərinliyindətorpağa basdırırlar…). Tərəkəmə olsam da qalanlarını tapa bilmədim. Deyə bilərlər ki, Beyləqanpendiri, Bərdə pendiri, Ağcabədipendiri, Gəncə pendiri, nə bilim Daşkəsən pendiri və sair və ilaxır, bunlar osıraya daxil edilmir. Çünkibunların hamısı yuxarıda dediklərimizə aiddi.

Amma Gəncə qaymağıyla Ağdamqaymağının dadını heç nəverməz. Ağdamda da Qiyaslıqaymağını.