adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Avqust 2016 14:37
10894
İQTİSADİYYAT

Əti “dad”a gətirən qiymət

Ətinbahalaşmçası əhgalini getdikcə narahatçılıq yaratmağa başlayıb. Bazarlarda malətinin bir kiloqramı 8 manat, quzu əti isə 10 manata kimi qalxıb. Ət bazarında buajiotajın səbəbləri ekspertləri çox düşündürür. Bəziləri bunun yem bazasında bahalaşmailə əlaqələndirsələrdə rəsmi qurum nümayəndələribunun tələb təkliflə də bağlı olduğunu bildirirlər.

Ölkənin ən iri bazar olan Bərdə mal bazarında diriheyvanın çəkisi 7 manatdan aşağı hesablanmır. Mal sahibləri mal-qaranınqiymətində artımın olmasını heyvan yemlərinin (çiyid, jımıx, arpa və s.)bahalaşması ilə əlaqələndirir.

Satıcılar iddia edirlər ki, ot qıtlığı da var və buda heyvanların bahalaşmasına səbəb olur. Ənənəvi olaraq yay aylarında malətinə tələbatın azaldığını deyən satıcılar bu faktın qiymətinucuzlaşmasına səbəb olmadığını deyirlər.

İqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkədəyazıb ki, ət bazarında qiymət bahalaşması ilk növbədə restoranlarda vəkafelərdə ətli yeməklərin qiymətini bahalaşdıracaq: "Təəssüflər olsun ki, hələdə daxili mal əti bazarında idxal olunan diri heyvanların payı kifayət qədəryüksəkdir. Müşahidələr göstərir ki, Rusiyadan ucuz qiymətə alınaraq gətiriləniri buynuzlu heyvanlar bir neçə aylıq bəsləmədən sonra bazarlarda alıcılaratəklif olunur. Hazırda isə ölkədə davamlı devalvasiya və rus rublunun dəyərininson zamanlar möhkəmlənməsi idxal olunan diri heyvanların manatla qiymətiniartırır. Odur ki, hazırkı qiymətlərlə diri heyvanların ölkəyə gətirilməsigetdikcə sərfəsiz biznesə çevrilir. Bunu xarici ticarət statistikasında həminmal mövqeyi üzrə azalan tendensiya da təsdiq edir. Belə ki, ötən ilin 6 ayı iləmüqayisədə bu ilin eyni dövründə idxal olunan diri heayvanların dəyəri 57,1faiz azalaraq 28,9 milyon dollardan 12,4 milyon dollara düşüb.

Mal ətinin qiymətinin bahalaşması digər ətbazarlarında, o sıradan qoyun əti, quş əti, həmçinin balığın qiymətində dəartırıcı təsirə malik olacaq. Xüsusilə də nəzərə alsaq təxminən ay yarımdansonra Qurban bayramı gəlir, o halda da qoyun ətinə artan tələbatın onunqiymətini də bahalaşdıracağına şübhə qalmır”-deyə ekspert vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri MurtuzəliHacıyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, ətin qiymətində ciddibahalaşma müşahidə edilmir. "Mal əti hər yerdə 7-8 manata, quzu əti isə8-9 manata alıcılara təklif olunur"-deyə nazirlik rəsmisi vurğulayıb.M.Hacıyevn sözlərinə görə, ətin qiymətində cüzi artım ola bilər. Bu da bazardatələb və təkliflə bağlıdır: "Amma bizə rəsmi şəkildə ətin qiymətinin artmasıhaqqında məlumat daxil olmayıb. Bir daha qeyd edirəm ki, mövsümlə və tələb-təklifləbağlı olaraq bazarlarda ətin qiymətində cüzi qiymət artımı ola bilər".M.Hacıyev qeyd edib ki, ətin qiymətinin qalxmasına yem məhsullarınınbahalaşmasının heç bir təsiri yoxdur. Lakin fakt odur ki, ətin qiymətində 50 qəpik- 1 manat arası bahalaşma hiss olunur.

kənd təsərrüfatı üzrəekspert Vahid Məhərrəmovda öz şərhlərini bizimlə bölüşüb. O bildirir ki, bugün ölkədə heyvandarlıq sahəsində vəziyyət olduqca gərgindir:

"Bu il örüş sahələrinin çox hissəsini pambıq əkininəayırıblar. Həmin sahələrdə əkin işləri aparılır. Bu da fermerlərin, kəndlilərinhəmin mal-qaranı saxlamaq imkanlarını məhdudlaşdırıb. Örüş sahələrinindövriyyədən çıxarılaraq pambıq əkininə sərf olunması vəziyyəti olduqcagərginləşdirib.

Fermerlərin böyük əksəriyyəti mal-qaranı kəsiməverir. Bu da mal-qaranın baş sayının ciddi şəkildə azalmasına gətirib çıxarır.Həmçinin, yem olmadığı üçün mal-qaranı kökəltmək, ət istehsalını artırmaqməhdudlaşıb. Əkinin strukturunun dəyişdirilməsi, biçənək və örüş sahələrinindövriyyədən çıxarılması heyvandarlığa ciddi şəkildə mənfi təsir edib. Yerlərdəolarkən heyvanların fiziki durumu ilə bağlı apardığımız müşahidələrimizdəkifayət qədər xəstə, arıq heyvanları gördük. Səbəb isə heyvanların normalqidalanmamasıdır”.

Acınacaqlı vəziyyətdir, həmdə bu bahalaşmatendensiaysının davam edəcəyi də şərhçilər tərəfindən qeyd olunur. Ekspert təəssüflə yaxın dövr üçün ətinqiymətinin artımının davam edəcəyini deyib: "Süd istehsalı azalacaq,heyvandarlıqda xəstəliklərin genişlənməsi və bu səbəbdən onların tələfolmasının şahidi olacağıq”.

V.Məhərrəmov xüsusilə qoyun deyil, mal ətininbahalaşma səbəbini belə izah edib:

"Qoyunları nisbətən uzaq məsafəyə aparmaq mümkündür.Ancaq mal-qaranı uzaq məsafəyə aparmaq mümkün deyil. Əsasən yaşayış yerinəyaxın örüş sahələrinin pambıq üçün ayrılması problemi daha da qabardıb”.

Mütəxəssis çıxış yolu kimi yem bazasınınmöhkəmləndirilməsini göstərib: "Əvvəlcədən təklif edirdik ki, yem bazası yaratmaq,daha sonra örüş sahələrini əkin üçün ayırmaq lazımdır. Dəqiq hesablamaaparılmalı idi. Onsuz da mal-qaranın payına düşən örüş sahələri az idi. Bizimölkədə hər heyvanın payına düşən örüş sahəsi digərlərilə müqayisədə 4 dəfəazdır.

Bu halda örüş sahəsini əkin üçün ayırmaq ciddiproblemlərə yol açıb. Bu problemlər isə hələ uzun müddət həll olunacağaoxşamır. İndiki halda xaricdən nisbətən ucuz heyvan gətirilməsinə çalışmaqlazımdır. Amma bunun da mümkün olacağına inanmıram. Azərbaycan valyutasıdəyərdən düşüb və alış dollarla həyata keçirildiyindən manatla satış qiymətətəsir göstərəcək.

İndi Azərbaycanda heyvandarlıq çox çətin durumdadır. Tədbirlərivaxtında görmək lazım idi. İndi həm də yem yoxdur. Yem olmadığı üçün istehsalolunan məhsulun həcmi az, maya dəyəri yüksəkdir. Digər tərəfdən alıcılıqqabiliyyəti kəskin aşağı düşüb. Qiymət bahalaşması alıcılıq qabiliyyətini aşağısaldığı üçün ətin satışı və dövriyyəsi də çox azalıb”.

Hər halda görünənlər onu izah edir ki, Nazirlik də qiymət artımınınmövcudluğunu inkar etmir. Əsas faktor kimi yem bazasında da qiymət artımınolması göstərilir.

Rüfət Soltan