adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Noyabr 2014 11:21
5942
MƏMLƏKƏT

“Əslində “EL” adlı təşkilat yoxdur” - Musa Yaqiub

"Çoxdandır ki, səhhətim siyasi tədbirlərdə iştirak etməyə imkan vermir”. 


Adalet.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında "El” Hərəkatının Təşəbbüs Qrupunun üzvü, şair Musa Yaqub deyib. 

O bildirib ki, sağlamlığı daha əvvəlki vəziyyətdə deyil. 

"Eldar Namazovun rəhbərlik etdiyi qurumda təmsil olunursunuzmu?” sualına M.Yaqubun cavabı belə olub: 

"EL”də təmsil olunmuram. Əslində elə bir təşkilat da yoxdur. "EL” hərəkatı bir il bundan əvvəl yarandı. Ondan sonra hərəkatlar dəyişdi, birindən digərinə keçdilər”.