adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Aprel 2024 11:57
343
GÜNDƏM

Əskipara kəndindəki kilsə boşaldılır

Xəbər verdiyimiz kimi, Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı razılıq əldə olunub. 

Adalet.az xəbər verir ki, 15 may tarixinə qədər Azərbaycana qaytarılacaq kəndlərimizdən biri də Əskipara kəndidir. 

Ermənilərin etirazına baxmayaraq, artıq Əskipara ərazisindəki kilsənin söküntüsünə başlanılıb. Kilsənin içərisindəki əşyalar və xaçlar çıxarılır. Ərazidə sakinlərlə polis arasında qarşıdurma yaşanır. 

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan sözügedən kəndlərin rəhbərləri ilə İrəvanda görüşə razılıq verib.