adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Iyul 2020 10:05
62382
GÜNDƏM

Əsir ömrü: Qarabağ, Dilqəm, Şahbaz...

Bilmirəmnə qədər məntiqlidir, deyil, amma bir xalq öz taleyini yadlara tapşırıb, özü isəəzab çəkə-çəkə taleyinin necə olacağını, yadların ona hansı ölçüdə "don ” biçəcəyinigözləmək çox ağır bir sürəcdi. O qədər ağır ki, milli hisslərinin tapdalandığını, istər fərd olaraq, istər xalqolaraq mənliyinin təhqir olunduğunu anlayırsan. BMT Təhlükəsizlik ŞurasınınDağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri yadınızdadırmı?

BMTTəhlükəsizlik Şurası

Xatırladımki unutmayın: BMT Təhlükəsizlik Şurası 1993-cüildə Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr Azərbaycanərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir.Söhbət 822, 853, 874 və 884 saylı qətnamələrdən gedir. Bu qətnamələrdə Ermənistansilahlı qüvvələrinin Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandandərhal çıxarılması tələb edilir. Bundan başqa, 2008-ci il martın 14-də BMT BaşAssambleyasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistan silahlıqüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasını tələb edən qətnamə qəbuledilib. Sənəddə azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ da təsdiqlənib.

27 ildir gözləyirik, "don” biçilmir ki, biçilmir...

ATƏT-inMinsk qrupu

Bu son deyil,taleyimizi 1994-cü ildə ATƏT-insərəncamına verdik. Onun tərkibindəyaradılmış Minsk qrupunun vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin həllində məhkəmərolunu oynamaqdır. Minsk qrupuna Türkiyə də daxil olmaqla, 17 dövlət üzvdür.Onlardan yalnız üçü - Rusiya, Fransa və ABŞ həmsədr dövlətlərdir. Bu həmsədrlər1995-ci ildən etibarən münaqişənin həllində fəal iştirak edir. Lakin onlarişğala son qoyulması üçün hələ də ciddi addımlar ata bilməyib və yaxudatmırlar...26 ildir bu tərəfdən gözləyirik.

Baxmayaraq ki, politoloq Mübariz Əhmədoğluhər zaman mövzu ilə bağlı açıqlamalarında"hazırda ATƏT-in Minsk qrupu çoxnormal fəaliyyətdədir”-deyə dönə-dönəvurğulayır. Amma bütün Azərbaycan xalqının adından ürəklə deyə bilərəm ki, ATƏT-inMinsk qrupunun umumiyyətlə fəaliyyəti yoxdur.

AŞPA

Avropa Şurası Parlament Assambleyasının adını çəkməsək,onlaraqarşı haqsızlıq etmiş olarıq. AŞPA 2005-ci ildə Dağlıq Qarabağ münaqişəsi iləbağlı 1416 nömrəli qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistanın Azərbaycan əraziləriniişğal etdiyi vurğulanmış və münaqişənin həlli ilə bağlı təkliflər irəlisürülmüşdür. Qurum sənədin həyata keçirilməsi üçün altkomitə yaratmışdır. Tərtəmiz15 ildi "gözümüzü və ümidimizi AŞPA-ya da bağlamışıq” deyib dərindən də bir ahçəkirik.


Uzun sözün qısası müdrik atalarımızın kəlamı gəlibbu mövzuda da yerini tapdı, müdrikliyini göstərdi:Qonşuya ümid olan axırda şamsız qalar. Yazımızın məntiqinəuyğun desək: Beynəlxalq qurumlara ümid olan Azərbaycan sonunda Qarabağsızqalar.

4016 azərbaycanlı əsirdən877 nəfəri...

Azərbaycanın Əsir və itkin düşmüş, girovgötürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəriFirudin Sadıqovun bir neçə il əvvəl mətbuata açıqlamasını xatırladırıq:” Şahid ifadələrinintoplanması və itkin düşmüş şəxslərin sonrakı taleyinə aydınlıq gətirilməsinə gəlincə,bizim işimizin nəticəsi budur ki, biz itkin düşmüş 4016 insandan 877 nəfər barəsindəmateriallar toplamışıq.877 nəfəri bir neçə kateqoriyaya ayırmaq olar:döyüşdə əsir düşən hərbçilər; yaşayış məntəqələrində girov götürülmüş mülki şəxslər,öz evlərini tərk etmək imkanı olmayan yaşlı və xəstə insanlar. Dövlətkomissiyası bu 877 nəfərə həsr olunmuş iki kitab və CD buraxıb. Kitablardanbiri "Bizi əsirlikdən qurtarın”, ikincisi isə "”QSM-7” təsdiq edir” adlanır.QSM Ermənistan qoşunlarının baş qərargahının şərti çağırış siqnalıdır. Həminradiostansiyadan beynəlxalq müşahidəçilər və jurnalistlərdən ibarət böyük nümayəndəheyətinin döyüş bölgəsinə səfərə hazırlaşdığı bildirilmiş və Ermənistan SilahlıQüvvələrinin Baş Qərargahı tərəfindən Dağlıq Qarabağda yerləşən bütün səhrakomandirlərinə və qərargahlara əllərində olan azərbaycanlı girov, əsir vəyaralıları məhv etmək barədə şifrəli radioqram göndərilmişdi.

2190 gün əsirlikdə və BQXK...

6 il əvvəl -2014-cü il 11 iyul tarixində azərbaycanlı mülki şəxslərDilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğaledilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarınıziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi vədigər azərbaycanlı mülki şəxs Həsən Həsənovun qəddarcasına qətlə yetirilməsifaktını yəqinki hələ unutmamısınız.....

Erməni tərəfinin uydurulmuşiddialar əsasında qanunsuz olaraq D.Əsgərovu "ömürlük”, Ş.Quliyevi isə "22 ilmüddətinə azadlıqdan məhrum etdiyi” sənəddə xüsusilə vurğulanır. Eyni zamanda,Həsən Həsənovun nəşinin demək olar ki, 3 aydan sonra, 2014-cü ilin 2 oktyabrtarixində Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə qaytarıldığıqeyd olunur.

Dilqəm Əsgərovun oğluKürdoğlu Əsgərov 1 il 6 ay atasından məktubvə yaxud dolğun məlumat almadıqda çox narahat oldu. Bu narahatçılıqdan dolayıo,ATƏT-inVarşava sammitindəçıxış elədi və Azərbaycan KİV -nəaçıqlamasında bildirdi: "Mən atamdan çoxnigaran idim. Nə ondan məktub alırdım, nə videosunu izləyirdim, nə də şəklinigörürdüm.ATƏT-in Varşava sammitində girovlarımızla bağlı çıxışlar oldu.Mənim də 1-2 kəlmə demək şansım yarandı.Azərbaycanaqayıtdım. Bir həftə sonra Qırmızı Xaç Komitəsinin əməkdaşları mənə zəng elədilər.Atamdan məktub aldım, mənə şəklini göstərdilər”.

(Bu da, növbəti beynəlxalqqurum)

2019-cu ilin 5-6 dekabrtarixlərində Bratislavada ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında AzərbaycanRespublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışı zamanı xüsusiləD.Əsgərov və Ş.Quliyevin məsələsinə toxunduğu, Ermənistan tərəfinin isə"hamının hamıya” prinsipi əsasında onların azad edilməsinin əleyhinə olduğu sənəddəvurğulanır. Bu xüsusda, Azərbaycanın BMT yanında daimi nümayəndəsi D.Əsgərov vəŞ.Quliyevin qanunsuz həbsi ilə əlaqədar BMT Baş katibinə ünvanladığı məktubdaindiyənə qədər havadan asılı qalıb.

Oğul Əsgərovdan növbəti addım

Artıq əli hər yerdən üzülən, əlacsız qalan övlad-Kürdoğlu Əsgərov AzərbaycanınRusiyadakı səfiri Polad Bülbüloğluna müraciət edib.



K. Əsgərov müraciətində bildirib: "Polad Bülbüloğlu, şərait yarat, mən də atamıziyarətə gedim. Necə olur, sən səfirliyin pulu ilə erməniyə bilet alıb Bakıya gətizdirərəkanasının qəbrini ziyarət etdirirsən, ermənidən qabaq anasının qəbri tapılaraq təmizlənibüzərinə güllər qoyulur, erməninin Bakıda restoranda 3 ofisiant qulluğundadurur, atam isə oz anasının, doğmalarının qəbrini ziyarətə getdiyinə görə girovgötürülərək vəhşicəsinə işgəncələrə məruz qalır.

Ömürlük həbs verilir. Budurmu, insanlıq,humanizm?”-deyə fəryad edib.

Son olaraq...

2014 -cü il, 11 iyul tarixdə girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərovvə Şahbaz Quliyev nə vaxt əsirlikdən azad edilərsə, o vaxt Qarabağın da əsirlikdən azad edilməsi haqqında ciddi-ciddi düşünməyədəyər. Hələlik isə 6 il-2190 gün əsirlikdəsoydaşlarımıza ermənilərinhansı işgəncələr verdiyini heç olmasa bir anlıq vətəndaş olaraq öz vücudunuzda,qürurunuzda, vicdanınızda hiss edin...

Əntiqə Rəşid