Ermənistanın yeni prezidenti kimdir? - Ermənilər onu necə xarakterizə edir?
Xəbər verdiyimiz kimi Ermənistan parlamenti ölkənin yeni prezidentini seçib Səsvermənin ikinci turunda 71 səs yığaraq prezident seçilən Vahan Xaçaturyan hakim “Mülki müqavilə” partiyasının namizədi olub. Hazırda hər kəs Ermənistanın yeni prezidenti ilə maraqlanır.
Adalet.az erməni mediasına istinadən xəbər verir ki, Vahan Xaçaturyan prezidentliyə namizəd olmadan öncə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri postunda çalışıb. O, 22 aprel 1959-cu ildə Sisiyan şəhərində anadan olub. 1980-ci ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.
1982-1989-cu illərdə "Razdanmaş" İstehsalat Birliyində işləyib, 1989-1992 –ci illərdə "Mars" dövlət müəssisəsinin baş direktorunun müavini postunda çalışıb. 1990-1996 –cı illərdə İrəvan Şəhər Şurasının üzvü olub. 1995-1999 –cu illərdə Ermənistan parlamentinin deputatı olub. 1996-1998 –ci illərdə Ermənistan prezidentinin müşaviri postunu tutub.
2000-ci ildə “Armat” Demokratiyanın və Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Mərkəzinin təsisçi üzvü, 2002-ci ildə Siyasi Elmlər, Hüquq və İqtisadi Araşdırmalar Mərkəzinin vitse-prezidenti olub. 2019-2021 –də “Armeconombank” ASC-nin İdarə Heyətinin üzvü olub.
2021-ci il avqustun 4-də Ermənistan Respublikasının yüksək texnologiyalar sənayesi naziri təyin edilib.
Ailəlidir, iki övladı var.
Ermənilər onu necə xarakterizə edir?
Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan özünün Facebook səhifəsində hələ namizədikən Vahan Xaçaturyanı təhqir edib: “ Əziz insanlar, tezliklə adi satqın, siçovul sizin prezidentiniz olacaq . Razıyam ki, indiki vəziyyətdə onun kim olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki o, xəyanətkar Nikolun (baş nazir Paşinyan - red.) türklər və azərbaycanlılarla bağlı göstərişlərinə əməl edəcək”.
Armen Aşotyan xatırladıb ki, Vahan Xaçaturyan uzun illər eks-prezident Levon Ter-Petrosyanın komandasında olub. Ter-Petrosyan da vaxtilə komandasını dəyişən Vahan Xaçaturyan haqqında “siçovul” ifadəsini işlədib.
Politoloq Suren Surenyanç jurnalistlərə açıqlamasında deyib ki, Xaçaturyan prezident kimi notarius fəaliyyəti göstərəcək: “Xaçaturyan Paşinyan və komandasının siyasi zövqünə tam uyğun gəlir Xarici siyasət məsələlərinə qarışmayacaq, heç bir qanun layihəsinə etiraz etməyəcək, hətta Konstitusiya Məhkəməsinə göndərməyəcək”.
Politoloqun fikrincə, Sarkisyanı məcbur etməsələr də, prezidentlikdən getməyə “itələdilər” ki, Paşinyan bütün hakimiyyəti öz əlində cəmləşdirə bilsin.
Yeni prezidentin düşüncələri nədir?
Vahan Xaçaturyan namizədliyi təsdiqləndikdən dərhal sonra gələcək platforması haqqında siqnallar verməyə başladı.O bildirdi ki, Azərbaycanla sülhün bərqərar olması və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının yanadır: “Qonşularla yalnız sülh şəraitində yaşaya bilər və yaşamalıyıq. “Sülhə məcburetmə” tezisi köhnəlib. Hamımız bilməliyik ki, sülh inkişafın və həyatın yeganə formasıdır. Məcburiyyətlə heç nəyə nail olmaq olmaz”, - V.Xaçaturyan bildirib.
Namizəd olarkən digər bir məqama da aydınlıq gətirib. O, başlayan erməni-türk dialoquna müsbət münasibət bəslədiyini də vurğulayıb. V.Xaçaturyan bildirib ki, münasibətləri ilkin şərt olmadan normallaşdırmaq olar.
Qeyd edək ki bu gün Vahan Xaçaturyan ölkənin yeni prezidenti seçilib.
P.S. Düzdür, yeni prezident əlində sülh “göyərçini” olduğunu deməyə çalışır. Amma biz 200 ildən çoxdur ki, ermənilərin ziyalısından, oliqarxından tutmuş ən sadəsinə, ən kasıbına qədər hamısını yaxından tanıyırıq. Əminəm, hökümətimiz, ata-babaların “itlə dostluq elə, çomağı əlindən yerə qoyma ” məsləhətini yaddaşlarında yaxşı saxlamalıdırlar.
Əntiqə Rəşid
Digər Xəbərlər
04 Aprel 2026 19:50
ABŞ Qasım Süleymaninin qardaşı qızı və nəvəsini həbs edib
04 Aprel 2026 19:35
Türkiyə Ukraynada sülh üçün səylərini davam etdirir - Ərdoğan
04 Aprel 2026 19:30
"İranın 48 saat vaxtı qalıb" - Tramp
04 Aprel 2026 18:07


Bakı -°C

