adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Mart 2024 10:50
571
GÜNDƏM

Ermənistanı qarışdıran təlaş:"Voskepar və Bağanis Ayrım türkə verilsə, Paravakar..."

Hazırda sosial şəbəkələrin erməni seqmentində və erməni mediasında Paravakar (Tatlu -Tatlı) kəndi ilə bağlı təşviş dolu yazılar yazılır.
Pastinfo yazır ki, adını açıqlamaq istəməyən Paravakar sakinlərindən biri bu barədə sayta müsahibə verib. Qadın deyib ki, Voskepar (Əskipara) bir tərəfimizdə, vermək istədikləri Bağanis Ayrım isə o biri tərəfdə, yəni o hissələri versələr, indiki yoldan İcevana gedə bilməyəcəyik, Paravakar qalacaq mühasirə altında:” Deyirlər ki, indi Ayqehovit (Hönüt) kəndinin yaxınlığında yeni yol çəkmək istəyirlər ki, blokadadan çıxıb İcevana gedək, bilmirəm nə dərəcədə doğrudur” .


Onun müşahidəsinə görə, bir vaxtlar azərbaycanlılarla yaşasalar da, indi dinc yaşamaq çətindir:
“İndi türklərlə dinc yaşamağın mümkün olacağını düşünmürəm, nəsil dəyişməlidir ki, tökülən qanı unutsun. İndi də danışırlar ki, o mövqeləri versək, Azərbaycan “Yaşma” dəstələrini gətirəcək və onlarda o mövqelərdə dayanacaqlar.
Əminəm ki, o ərazilərə adamyerləşdirməyəcəklər, onlara bizim mövqelər lazımdır. Bilmirəm, cənab Paşinyan nə ilə razılaşıb, bir gün bir şey deyir, o biri gün başqa söz. Bilmirəm nə olacaq, bilsəm sülh olacaq, təslim olaram, təki övladlarım rahat yaşasın”.
O, Paravakarın bağlarının və otlaqlarının bir hissəsinin azərbaycanlılar tərəfindən zəbt edildiyini də bildirib. “Mənim də onların nəzarətində olan üzüm bağlarım var, o üzüm bağlarını yandırıblar, məhv ediblər, artıq yoxdur”.

 Axı siz kim tapşırmışdı ki, başqasının torpağını zəbt edib, oranı erməniləşdirin?Bilmirdiniz,  bir gün torpaqların sahibləri gələcək?

 Yeri gəlmişkən, hazırda ermənilərin dedi-qodusunu yaydığı kəndlərin adını bir daha sizə xatıradırıq:

Berkaber - Bibiş

Məlum oldu ki, ermənilərin adını Berkaber qoyduğu Bibiş (başqa bir qədim adı isə Coğazdır )kəndi Tavuş vilayətinin İcevan (Karvansaray) rayonunda kənddir və 1988-89-cu illərdə azərbaycanlılar Ermənistandan deportasiya olunduqdan sonra kənddə ermənilər yaşamağa başlayıb. Berkaberdəki su anbarı İcevan rayonunu su ilə təhciz edir ki, bu da kəndin çox stratejik əhəmiyyətli olduğunu göstərir.

 

Vazaşen - Lələkənd


Lələkənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi İcevan rayonunda kənddir
Rayon mərkəzindən 16 km məsafədə yerləşir.
Toponim "böyük tərbiyəçi" mənasında işlənən lələ sözünə qədim türk dilində "yaşayış mənəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəbdir.
Ermənistan SSR hələ, 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vazaşen qoymuşdur.

 

Aygeqovit

 

Aygeqovit  Ermənistan Respublikasının Tavuş marzının İcevan rayonunda , Ağstafa çayının aşağı axınının sağ sahilində , İcevandan 11 km şimal-şərqdə yerləşir. 1967-ci il mayın 25-dək Uzuntala , sonra 1969 - cu il fevralın 12- dək Hönüt adlanıb. Ətrafındakı bir sıra abidələr qədimdən burada bir neçə yaşayış məskəninin olduğunu göstərir.

 

Paravakar - Tatlı

Paravakar da Tavuş  vilayətində , keçmiş Şəmşədin rayonunda kənddir. Erməni mənbələrinə görə, indiki yaşayış məntəqəsindən 3 km aşağıda, 1926-cı ildə sakinləri köçüb indiki yerdə məskunlaşan Türk Tatlu (Tatlı) kəndi yerləşirdi . Paravakar birbaşa Azərbaycanla həmsərhəddir.

 Qeyd edək ki, ötən ilin mayında Ermənistan Baş naziri Nikol Paşinyan “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibə verdi. Müsahibə zamanı Azərbaycanın Qazaxın 7, Naxçıvanın 1 kəndini tələbinə aydınlıq gətirməyə başladı.

Dedi ki, bizim də işğal olunmuş kəndlərimiz var, Azərbaycan onları qaytarmağa hazırdırsa, biz də hazırıq: “Bizim də işğal olunmuş kəndlərimiz var və kənd təkcə kənd icra hakimiyyətinin binası deyil. Azərbaycan Berkaber (Bibiş), Vazaşen (Laləkənd), Ayqeovit, Paravakar kəndlərini qaytarmağa hazırdırmı? Hazırdırsa, bəli, biz də hazırıq. Amma burada başqa bir sual da var: Tutaq ki, Azərbaycan və ya Ermənistan ordusu bu xəttdə dayanıb və bu xəttdən uzaqlaşmalıdır, biz prinsipcə bununla razılaşırıq, amma uzaqlaşırsa, o zaman harda dayanmalıdır? Bu yer, bu xətt, necə təyin olunur? Deməli, orada sərhəd var və əgər sərhəd varsa, o zaman bu sərhədi götürək və Azərbaycan qoşunları sərhəd xəttinin bu tərəfində, Ermənistan qoşunları isə sərhəd xəttinin digər tərəfində olmasın".

P.S. Ay  ermənidən əmələ gəlmiş,  sənin  Bibiş, Lələkənd , Hönüt, Tatlı adlı kəndin olub? Özün kimi səydəş-süydəş adlar icad edib kəndlərimizin adını dəyişmisən, indi də  "tələb" irəli sürüsən...

 Əntiqə Rəşid