Ermənistanda vətəndaş müharibəsi
Ermənistanda içməli su problemi vətəndaş müharibəsinə səbəb ola bilər. Publika.az "epress.am" saytına istinadən xəbər verir ki, kəndlilər etiraza qalxıblar.
Məlumata görə, Qarni kəndinin sakinləri Ararat çayının suyunun yerdəyişməsi proqramına etiraz ediblər. Onlar İrəvana gedən yolu kəsiblər. Nümayişçilər məmurların gəlməməsi tələbi ilə çıxış ediblər.
"Biz proqramın ləğvini tələb edirik. Başqa cür dağılışmayacağıq. Bizə məmurların gəlişi lazım deyil, hətta onları görmək belə istəmirik", - deyə onlar bildiriblər.
Aksiya iştirakçısı Zoqrab Sedrakyan deyib ki, əgər onların tələbləri yerinə yetirilməsə, o zaman İrəvana gedən içməli su xəttini dağıdacaqlar.
"Qarnidə normal içməli su yoxdur, hətta suvarma üçün də su qalmayıb. Bizim bağlarımız quruyub. Əgər tələbimizi yerinə yetirməyəcəklərsə, İrəvana gedən suyun qarşısını kəsəcəyik. Bu o deməkdir ki, bizi İrəvan sakinləri ilə üz-üzə qoyacaqlar və vətəndaşlar arasında münaqişə yaranacaq. Hakimiyyət bunu düşünməlidir", - deyə o bildirib.
Sayt əlavə edib ki, əgər içməli su problemi həll edilməyəcəksə, kənd və şəhər arasında münaqişə yarana, beləliklə, vətəndaş müharibəsi həddinə çata bilər.
Digər Xəbərlər
29 Aprel 2024 09:43
Tramp Baydeni ABŞ-ın ən yaramaz prezidenti hesab edir
29 Aprel 2024 09:42"Polşa ərazisində nüvə silahı yerləşdirilməsinə razılıq verib"
29 Aprel 2024 09:40Konservatorlar baş naziri vəzifəsindən kənarlsşdırmaq istəyirlər..?
28 Aprel 2024 22:10İraq eynicinsli münasibətlərə görə nəzərdə tutulan qanunu qəbul etdi
28 Aprel 2024 21:46