Ermənistanda sabiq nazirin qardaşı oğlu həbs edilib
Ermənistanda sabiq maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sədri Qagik Xaçatryanın həmin komitədə işləmiş qardaşı oğlu Karen Xaçatryan həbs edilib.
Adalet.az "Report"a istinadən xəbər verir ki, müvafiq qətmanə İrəvan Ümumi Məhkəməsi tərəfindən çıxarılıb.
Bununla yanaşı, məhkəmə Milli Təhlükəsizlik Xidməti müstəntiqinin sabiq nazir barəsində də həbs qətimkan tədbiri tətbiq olunması barədə müraciətini müzakirə edir.
Qeyd edək ki, Qagik və Karen Xaçatryanlar avqustun 27-də MTX əməkdaşları tərəfindən saxlanılaraq onlara qarşıkülli miqdarda mənimsəmə və ya israf, vəzifəli şəxslər tərəfindən vəzifəsindən ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan sui-istifadə haqqında maddələrlə ittihamlar irəli sürülüb.
Digər Xəbərlər
27 Aprel 2024 17:39
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel 2024 16:06Dəniz piyadaları və xüsusi təyinatlıların təlimindən - VİDEO
27 Aprel 2024 15:00İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
27 Aprel 2024 14:48Prezidentdən iqtisadiyyat və maliyyə nazirlərləri ilə bağlı SƏRƏNCAM
27 Aprel 2024 13:27