adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Iyun 2020 08:58
19323
SİYASƏT

ERMƏNİSTANDA GÜNÜN MƏNZƏRƏSİ

Bəlli olduğukimi, erməni sözçüləri, siyasiləri eləcə də Ermənistan hakimiyyətində təmsilolunanlar zaman-zaman qeyri-ciddi fikirlər səsləndirmək, yalanı gerçək donundatəqdim etmək və bununla da həm ölkə daxilini, həm də dünya ictimaiyyətini özçirkin niyyətlərinin aurasında saxlamaq yolunu tutublar. Artıq onlar üçün xəstəliyəçevrilmiş bu üsul sabun köpüyü kimi partlamış və dünyanın ağıllı, uzaqgörənsiyasətçiləri, elm, bilik sahibləri, tarixçiləri özlərinin çıxışlarında, şərhlərində,hadisələrə münasibətlərində bu yalanları faş etməyə, erməniləri susdurmağabaşlamışlar. Görünür, bütün bunlar hələki ermənilərə dərs olmur. Onlar özçirkin niyyətlərini hələ də davam etdirirlər. Ən acınacaqlısı odur ki, Ermənistaniqtidarı tutduğu bu yolla, yürütdüyü bu siyasətlə öz xalqını da aşağılayır, onlarıda siyasətlərinin qurbanına çevirirlər. Bu gün COVİD-19-un tüğyan etdiyi bir məqamdaErmənistan iqtidarı dünyanı silkələyən bəlayaqarşı vuruşmaq, dünya ictimaiyyətilə birlikdə olmaq əvəzinə yenə də populistçıxışlar edir, yenə də məzlum erməniləri öz siyasətçilərinin ardınca sürüyürlər.Hətta Ermənistanın baş naziri Nikol Paşinyan və onun ailə üzvləri, yaxın çevrəsiermənilərin mal-mülkünü bu və ya digər vasitələrdən istifadə etməklə talayır,özlərinin böyük biznes imperiyalarını qururlar.

Ermənistanda başverən hadisələrə məhz erməni siyasətçilərinin, tanınmış adamlarının baxışbucağı altında nəzər salsaq, onda bir çox mətləblər ortaya çıxmış olar. Beləki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni, ErmənistanınVatiakndakı sabiq səfiri Mikael Minosyanın son vaxtlarda mediada yayılan fikirlərinədiqqət yetirəndə məlum olur ki, ölkədə ənböyük qaçaqmalçılığa, korrupsiyaya indiki baş nazirin xanımı və digər yaxınlarırəhbərlik edirlər. Mikael Minosyan öz açıqlamalarında bildirir ki, "Ermənistandasiqaret qaçaqmalçılığı hökumətə yaxın olan bir qrupun, konkret Paşinyanınqardaşı oğlu, qaynı və Dövlət Gəlirlər Komitəsinin sədr müavini tərəfindən idarəedilir”. Ona görə də Paşinyan vəziyyəti diqqətdən yayındırmaq üçün daha çoxkeçmiş prezident Serj Sarkisyanı və onun yaxınlarını təftiş edir. Yəni bu yollaözünü və özününküləri pərdə arxasında saxlayır.

Amma Paşinyanınbasqılarına baxmayaraq, qarşı tərəf də tutarlı arqumentlərdən indiki baş naziriifşa etməkdən çəkinmir. Məhz Minosyanın səsləndirdiyi arqumentlərdən məlum olurki, "Paşinyan iqtidarının sonu yaxınlaşdığı üçün o, populist çıxışlara üstünlükverir və bununla ölkəni idarə etməyə çalışır. Həmçinin beynəlxalq mafiya ilə əməkdaşlıqedərək qaçaqmalçılıq yolu ilə şəxsi sərvətini artırmağa çalışır”. Sabiqprezidentin kürəkəninin iddialarına görə, "bu ilin may ayının ortalarındaRusiya Federasiyasının Voronej şəhərində Ermənistandan qaçaqmalçılıq yolu ilə gətirilənkülli miqdarda siqaret müsadirə edilib. Minosyan müsadirə edilən siqaretlərinPaşinyanın qardaşı oğlu Sipan Paşinyana aid olduğunu vurğulayır”.

Çox maraqlıdırki, adı çəkilən Sipan Paşinyan "Mənim addımım” blokundan Ermənistan parlamentinədeputat seçilib. Minosyan onu da vurğulayıb ki, həmin siqaretlər Əfqanıstanaixrac olunsa da, amma Voronejdə ələ keçib. Bunun necə baş verdiyini isə hökumətizah edə bilmir. Ona görə ki, siqaret qaçaqmalçılığı ilə Nikol Paşinyanınarvadı Annanın rəfiqəsi, Dövlət Gəlirlər Komitəsinin sədr müavini ŞuşanMersesyan və Paşinyanın qaynı, deputat Hraçya Akopyan dayanır. Ona görə də məsələniört-basdır etmək üçün Paşinyan öz müşaviri, general Arşaq Karapetyanı təciliRusiyaya göndərib ki, məsələni ört-basdır etsin.

Burada belə birsual ortaya çıxır ki, Ermənistanda pandemiya ilə bağlı giriş-çıxış yasaqdır. Ona görə də general ölkəni rəsmi şəxs kimi tərkedib. Amma bu barədə rəsmi mediada heç bir bilgi verilməyibdi. Ümumiyyətlə, Ermənistandagizli baş verən oyunlar hakimiyyətin əleyhidarları olan sabiqlərin konkretfaktlar ilə xalqa çatdırdığı bilgilərdi. Bu isə təbii ki Paşinyan iqtidarınınmahiyyətini açıb göstərir. İndi Ermənistanda qaçaqlmalçılıq, silah alveri,narkoticarət, bir sözlə, külli miqdarda varidat toplamaq uğrunda sankiaçıq-aşkar yarış gedir. Bu yarışın önündə dəbügünki Ermənistan iqtidarı, xüsusilə Paşinyan və onun çevrəsi dayanır.Artıq Ermənistan müxalifəti bu iqtidarın xalqın düşməni olduğunu açıq şəkildə bəyan etməkdədir. Deməli,Ermənistanın bugünki gerçəkliyi Paşinyan iqtidarının sonunu yaxınlaşdırır.

Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist