Ermənistanda əsgər anaları etiraz edir
İrəvanda erməni cəmiyyətinin müxtəlif sosial təbəqəsindən olan insanlar hökumət binası önündə aksiya keçirirlər. Onlar öz problemlərinin Paşinyan hökuməti tərəfindən dinlənilməsi və həll edilməsini tələb edirlər.
Adalet.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya iştirakçıları arasında Ermənistan ordusunda dinc şəraitdə ölən əsgərlərin anaları da var.
Əsgər anaları qeyri-döyüş şəraitində ölmüş oğulları barədə Serj Sarkisyan hökumətinin gizlətdiyi həqiqətləri Paşinyanın üzə çıxarmasını tələb edirlər. Əllərində ölmüş oğullarının şəkilləri və plakatlarını tutan əsgər anaları jurnalistlərə bildiriblər ki, övladlarının əsl ölüm səbəblərinin açıqlanmasını və cinayətkarların tutulmasını istəyirlər.
Aksiyaçılar, həmçinin sabiq müdafiə nazirləri Seyran Ohanyan və Vigen Sarkisyanın cəzalandırılmasını tələb edirlər.
Qeyd edək ki, bu gün Ermənistanın nazirlər kabineti baş nazir Nikol Paşinyanın başçılığı ilə növbətini iclasını keçirir.
Digər Xəbərlər
05 May 2024 19:51
Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi
05 May 2024 15:02“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 09:55Türkiyədə Bizans dövründən qalmış kilsə ibadət üçün müsəlmanların ixtiyarına verildi
05 May 2024 09:54İsrail ordusu “İslami Cihad”ın komandirini məhv etdi
05 May 2024 09:45