Ermənistanda Avropa İttifaqının qrant koordinatoru həbs olundu
Ermənistanda Avropa İttifaqı (Aİ) nümayəndəliyinin əməkdaşı Marine Papyan həbs olunub.
Virtualaz.org bildirir ki, bu barədə Sputnik Armeniya-ya İstintaq Komitəsinin nümayəndəsi Sona Truzyan məlumat verib. Aİ nümayəndəliyinin qrant proqramlarının koordinatoru mənimsəmədə təqsirli bilinir.
Bundan əvvəl qrant vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət işi başlandığı, iş üzrə 13 nəfərin adının keçdiyi, onlardan üçünün axtarışa verildiyi bildirilmişdi.