Ermənistan və ABŞ yüksək səviyyəli danışıqlardan sonra üç sənəd imzalayıb
Ermənistan və ABŞ avqustun 8-də Vaşinqtonda iki ölkənin liderləri - Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında danışıqların yekunu üzrə üç sənəd imzalayıb.
Adalet.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb.
"Üç əsas istiqamət üzrə strateji əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Ermənistan və ABŞ hökumətləri arasında üç anlaşma memorandumu imzalanıb", - o qeyd edib.
Onun sözlərinə görə, “Sülhün kəsişməsi” layihəsinin potensialının inkişafı sahəsində əməkdaşlığa, süni intellekt və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlığa, enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığa dair memorandum imzalanıb.
Digər Xəbərlər
08 Dekabr 2025 20:34
Paşinyan yeni müşavir təyin edib
08 Dekabr 2025 20:25
Peskov: ABŞ-Ukrayna danışıqlarının nəticələri barədə Kreml məlumatsızdır
08 Dekabr 2025 20:14
Putin gələn il üçün hökumətin qarşısına 6 vəzifə qoydu
08 Dekabr 2025 20:01


Bakı -°C

