"Ermənistan silahlı təxribatlarını ört-basdır etməyə çalışır" - MN
Azərbaycan Respublikası Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsmi məlumat verib.
Adalet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, atəşin bu koordinatlarda (40° 05' 04" N; 45° 52' 28" E coğrafi koordinatlarda) yerləşən Ermənistan silahlı qüvvələrinin postundan açıldığı dəqiqliklə müvafiq müşahidə vasitələri ilə təsbit edilib.
Bundan bir müddət sonra Ermənistanın Müdafiə Nazirliyi törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin bölmələrimiz tərəfindən açılması barədə məlumat yayıb və bu dezinformasiyanı inandırıcı etmək məqsədilə bölmələrimizin mövqelərinin koordinatlarını da qeyd edib.
"Bildiririk ki, həmin istiqamətdən bölmələrimiz tərəfindən atəş açılmayıb və şərti sərhəddə sabitliyin davamlılığını təmin etmək üçün qarşı tərəfin təxribatı ilə bağlı cavab tədbiri görülməmişdir", - deyə məlumatda vurğulanıb.
Digər Xəbərlər
24 Sentyabr 2026 17:35
Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
24 Sentyabr 2026 16:56
FHN-dən əhaliyə MÜRACİƏT
24 Sentyabr 2026 16:44
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR
24 Sentyabr 2026 16:31
İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE
24 Sentyabr 2026 16:12
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
24 Sentyabr 2026 16:02
“Birliyin Gücü – 2026” təlimində şərti terrorçuların hərbi hədəfləri məhv edildi - VİDEO
24 Sentyabr 2026 15:55
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
24 Sentyabr 2026 12:19


Bakı -°C

