Ermənistan Qarabağ ermənilərinə yardımı dayandırır
Ermənistan hökuməti Qarabağdan olan ermənilərə qısamüddətli yardım proqramlarını davam etdirməyi planlaşdırmır.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan parlamentdə hökumət saatında açıqlayıb.
O, müxalifətin “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyanın müvafiq sualına belə cavab verib: "Aprelin 1-dən əmək qabiliyyətli vətəndaşlar 40+10 min dram qısamüddətli yardım proqramı çərçivəsində müavinət almayacaqlar. Onları yalnız uşaqlar, pensiyaçılar, əlil vətəndaşlar (1-ci və 2-ci qrup əlillər), habelə ailə başçısını itirmiş ailələr alacaqlar. Lakin onlar üçün dəstək ayda 40 min dram, iyuldan dekabr ayına qədər isə 30 minə qədər azalacaq".
Nazir qeyd edib ki, hökumət eyni vaxtda müavinətlər ayıra və uzunmüddətli proqramlar həyata keçirə bilməz: "Nazirlər Kabinetinin əsas məqsədi onların iş tapmasını təmin etməkdir".
Digər Xəbərlər
31 Mart 2026 22:00
247 ilin ən isti martını yaşadılar
31 Mart 2026 21:54
Fidan və Umerov arasında Ankarada görüş oldu
31 Mart 2026 21:50
Netanyahunun oğlunu deportasiya edib, müharibəyə göndərməyi tələb etdilər
31 Mart 2026 21:42
Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib - Tramp
31 Mart 2026 21:12
Pezeşkian: Müharibəyə müdaxilə təhlükəli nəticələrə səbəb olacaq
31 Mart 2026 21:00
Fransa Trampın ittihamlarına cavab verdi
31 Mart 2026 20:21
Zelenski: Sabah Ukrayna və ABŞ arasında videodanışıqlar keçiriləcək
31 Mart 2026 20:12


Bakı -°C

