10 Oktyabr 2024 12:20
779
HADİSƏ

Ermənistan ordusunda xaos və ölüm:Aşağılama, təhqir, döyülmə və nəhayət intiharlar

Bu il, fevralın 24-də saat 17:55 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, Danieli Zakaryan naməlum şəraitdə (ilkin məlumatlara görə, güllə yarası nəticəsində) həlak olub. 


Martın 8-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Andranik Karoi Ohanyanın meyiti tapılıb.

Sentyabrın 2-də saat 10:10 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə zolağının döyüş mövqeyində hərbçi Edqar Aleksanyanın çənə nahiyəsindən güllə yarası ilə meyiti aşkar edilib.
Oktyabrın 6-da saat 10:00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Vahe Baqratoğlu Arutyunyanın güllə yarası ilə meyiti tapılıb.
Gördüyünüz kimi, kiçicik bir araşdırmadan da məlum olur ki, Ermənistan ordusunda müəmmalı ölümlərin sayı durmadan artır.


Adalet.az xəbər verir ki, aparılan istintaq əməliyyatları nəticəsində V. Arutyunyanı elə öz əsgər yoldaşı intihara təhrik edib.
Rəsmi istintaq materiallarında deyilir ki, xidmət zamanı aralarında yaranan problemlərə görə zabit ona tabe olan əsgər V.Arutyunyana qarşı qəddar münasibət sərgiləyib, hətta bir neçə nəfər onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədib, onu vurub.
Atışma mövqeyindən müəyyən məsafədə çıxılmaz vəziyyətdə qalan Vahe Arutyunyan ona təhkim olunmuş silahla başına atəş açaraq intihar edib.
Əldə edilmiş kifayət qədər faktlar əsasında qulluqçu yoldaşına qarşı AR Cinayət Məcəlləsinin 522-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndi ilə ittiham irəli sürülüb. Həbs qətimkan tədbiri seçilib.
Sosial şəbəkələrin erməni seqmentindəki istifadəçilər düşünür ki, Ermənistan ordusunda o qədər hərc-mərclik , özbaşnalıq davam edir ki, əsgərin intiharı da bu səbəbdən artıb.

 Əntiqə Rəşid