adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Aprel 2024 13:29
305
GÜNDƏM

Ermənistan ordusu Qazaxın kəndlərindən geri çəkildi 

Ermənistanın ordusu Azərbaycana təhvil verilən Qazaxın kəndlərindən geri çəkilib. 

Adalet.az xəbər verir ki, bu barədə Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazan açıqlayıb. 

"Vəziyyət olduqca mürəkkəbdir. Aylarla, günlərlə düşündüyümüz reallığa çevrildi - ordumuz mövqelərimizdən geri çəkildi. Artıq deyirlər ki, mövqelərimiz üzərində Azərbaycan bayrağı dalğalanır. Gülməli vəziyyətdir, ordu düşmənə qapı açır və xalq öz polisinə, ordusuna qarşı döyüşür, - o Kirants kəndində deyib.