adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Avqust 2014 10:59
6112
SİYASƏT

Ermənistan Naxçıvan görüşündən təşvişə düşüb

"Azərbaycan,Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşünün, məhz Naxçıvandakeçirilməsi həmin ərazinin qüdrətindən və Muxtar Respublikanın digər ölkələrləəməkdaşlıq istəyindən irəli gəlir. Şübhəsiz ki, görüş 3 ölkənin bundan sonrakıəməkdaşlığının güclənməsi, eləcə də stabilliyin təmin edilməsi üçün birgəaddımların atılması, ən əsası da strateji inkişafın gücləndirilməsinə xidmətedəcək". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadəadıçəkilən ölkələrin müdafiə nazirlərinin Naxçıvanda görüşünün əhəmiyyətindəndanışarkən deyib. 

Obildirib ki, nazirlərin görüşünün 3 ölkənin hərbi əməkdaşlığının güclənməsi vəregionda sakitliyi təmin edən faktın meydana gəlməsində müsbət rolu olacaq:"Azərbaycan, Türkiyə və Gürcüstan artıq uzun müddətdir ki, bir çox sahələrüzrə əməkdaşlıq edir. Bu əməkdaşlıq onların strateji müttəfiqliyinin birparçasıdır. Bu məsələdə ilk növbədə ölkələrin hərbi quruculuq sahəsində təcrübəmübadiləsinin aparılması, ölkələrin yaxınlaşması mühüm rol oynayır. Şübhəsizki, ərazi bütövlüyü Ermənistan tərəfindən pozulduğuna görə Azərbaycan güclüordu qurmağı vacib hesab edir və digər ölkələrin təcrübəsindən yararlanmaq,eləcə də əməkdaşlıq etmək ölkəmiz üçün önəmlidir".

Ermənistanınbu görüşdən təşvişə düşməsinin əsas səbəbinin həmin ölkənin işğalçıxarakterindən irəli gəldiyini deyən A. Mirzəzadə, Ermənistanın Azərbaycantorpaqlarının bir hissəsini işğal etməklə yanaşı, Türkiyə və Gürcüstana qarşıda torpaq iddiası olduğunu əlavə edib: "Ermənilər uzun müddətdir ki, həminölkələrlə ciddi problemlər yaşayır. Bu səbəbdən də Ermənistanın digər ölkələrinəməkdaşlığına marağı ola bilməz. Cənubi Qafqaz kiçik bir ərazi olsa da,müxtəlif siyasət yürüdən ölkələrin toplaşdığı regiondur. Bu baxımdan maraqlarınbir araya gətirilməsi və stabilliyin təmin edilməsi əsas şərtdir. Ermənistanınqonşu dövlətlərə qarşı torpaq iddiası, beynəlxalq hüquq normalarını pozmasıregionda qeyri-stabillik yaradan əsas şərtdir".