adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Aprel 2019 14:46
12970
SİYASƏT

Ermənipərəst Fransanın "soyqırım" oyunları... - SORĞU

Xəbər verdiyimiz kimi Fransa Prezidenti Emmanuel Makron aprelin24-ünü qondarma "erməni soyqırımı qurbanlarının” xatirəsi günü elan edib.Xatırladaq ki, Fransa 2001-ci ildə qondarma "ermənisoyqırımı”nı rəsmi olaraq tanıyıb.

Adalet.az məsələylə bağlı politoloqlardan, partiya sədrlərindən münasibətöyrənib. Cavabları təqdim edirik.




QAT sədriAkif Nağı: "Təəssüfedirik ki, Fransa hələ də ermənilərin oyunlarında iştirak edir. Fransa aydındıki, həmişə ermənilərin tərəfində olub. Orda erməni lobbisinin də olmasısirr deyil. Fransa öz maraqlarına uyğun hərəkət edir , Ermənistan da ozmaraqlarından çıxış edir. Biz də dövlət və millət olaraq öz maraqlarımızı üstüntutub Fransa ilə münasibətlərimizə yenidən baxmalıyıq , ilk olaraq buermənipərəst ölkənin Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılmasına nailolmalıyıq. Necə ki, Ermənistan 1997- ci ildə razı olmadı ki, Türkiyə həmsədrolsun.




AĞ Partiya sədri TuralAbbaslı: "Əslində Fransa artıq uzun müddətdir ki, qondarma ermənisoyqırımı məsələsini tanıyıb. Sadəcə olaraq artıq Fransada bunun rəsmi anımgününü də elan ediblər. Bu qondarma soyqırım məsələsi illərdir ki, Avropa tərəfindənTürkiyəyə qarşı təzyiq faktoru kimi istifadə olunur. Nəinki təzyiq faktoruzamanla bu məsələdən şantaj metodu kimi də istifadə edilib. Ancaq, Avropanın da, dünyanın da unutduğu və ya görmək istəmədiyi bir həqiqət var ki, Türkiyə əvvəlkizəif və asılı Türkiyə deyil. Türkiyə artıq nəinki regionda hətta dünya siyasiarenasında söz sahibi bir dövlətdir və ona belə bəsit, əsassız, gülünc vasitələrlətəzyiq etmək zamanı keçib. Odur ki, mən bu məsələyə çox önəm verməyin tərəfdarıdeyiləm. Həmçinin də eyni xamanda Türkiyəni belə provakasion addımlara adekvatcavab verməyə səsləyərdim. Çünki, belə olmadıqda bəzi dövlətlər özlərini dünyanınağası hesab edir və öz maraqlarını hət cür ədalətdən, obyektivlikdən üstüntutur. Türkiyə də Fransanın Əlcəzaridə, Ruandada, Tunis və sair ölkələrdə realolaraq etdiyi soyqırımı tanısın və onların anım günlərini təqvimə salsın. Bəzənbelə ölkələrə özlərinin çox da keçmişdə olmayan qanlı tarixlərini xatırlatmaqfaydalıdır.



Politoloq Nəzakət Məmmədova: "Makronun bu addımı əlbəttə qınanılasıdır bir mənalısurətdə. Səbəbləri ondan ibarətdir ki, ermənilərin Fransada, o cümlədən Avropdamövqeyləri güclüdür. Bildiyimizə görə Makron böhran dövrünü adlatdı, qarşıda daonu asan dövr gözləmir. Fransanın, seçilərin dəstəyinə ehtiyacı var. Fransada250 min erməni yaşayır. Təbii ki, onların da səsi həll edici ola bilər. Məsələgəlib dayanır Avropada gəlib keçirilən seçiklərə.”