adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Avqust 2019 09:52
31084
GÜNDƏM

ERMƏNİLƏRDƏN XOŞ BİR TƏXRİBAT

Qədir Rüstəmovla İldırım Həsənov Ağdamdatoydadılar. Təbii ki, toyun favoriti Qədir Rüstəmovdu.

Toyun şirin yerində Qədir İldırım bəyə deyir:

- İldırım, sən başla, o zil yerinə gələndəmən gedərəm.

İldırım Həsənov da it oynadanınbiri , özü də ustad sənətkar, Qədirdə cavan, özündənrazı. Deməli, İldırım bəy Qədirə ayaq verməlidi.

İldırım Həsəenov deyir:

- Qədir, o gün arvad dedi ki, yayın cırhacırıdı, bir xaladelnik alaq. Sənöl, pulum da vardı . Getdim Ağdam bazarına,bir ZİL-130 aldım (indikilər bilməz, ZİL-130 o vaxtın ən məşhursoyuducusu idi). Gəldik evə, bununiçinə nə qoyaq? Nə qədər tuman-köynəyim vardı yığdım içinə. İndi toya gələndə bir cütünügeyinmişəm. Elə ləzzət edir ki, elə bil İsa bulağındayam.

Qədir acıq edir və toyu tərk edir.

İndi ermənilər Qarabağıo qədər sürətlə təmir edirlər ki, yağışı,sərin havanı qovub göndəriblər Bakıya.Səhər-səhər gözümü yumdum və elə hisselədim ki, İsa bulağındayam.