Ermənilər toy çadırını atəşə tutdu - 3 yaralı var
Hadisə rayonun Qapanlı kəndində baş verib
Erməni silahlı bölmələri Azərbaycanın Tərtər rayonunda toy çadırını atəşə tutub, 3 mülki şəxs yaralanıb.
Hadisə rayonun Qapanlı kəndində həyətdə toy mərasimi keçirilərkən baş verib. Nəticədə toyda iştirak edən63 yaşlı Müşkinaz Tanrıverdiyeva, 67 yaşlı Mədinə Əhmədova və azyaşlı Zəhra Əlizadə xəsarət alıblar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib ki, yaralılardan biriTərtər Mərkəzi Rayon Xəstəxanasına, bir nəfər isə Bərdə Mərkəzi Rayon Xəstəxanasınaçatdırılıb. İnsident zamanı qaçarkən yıxılan və yüngül zədə alan Zəhra Əlizadə isə ev şəraitində müalicə olunur.
Digər Xəbərlər
06 May 2024 11:49
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat edib
06 May 2024 11:13Qazaxla sərhəddə mina partladı - Erməni hərbçi yaralandı
06 May 2024 10:56Bakıda beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 10:52Bu rayonlarda işıq OLMAYACAQ - XƏBƏRDARLIQ!
06 May 2024 10:48