adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Aprel 2024 16:04
445
GÜNDƏM

Ermənilər  aprelin 24-də qondardıqları "soyqırım" yalanına hazırlaşır:109-cu ilik iftira

Ermənistan və onu himayə edən diaspor təşkilatları hər il 24 apreli uydurma “genosid” Günü kimi qeyd edirlər.


Erməni mediası bildirir ki, bu münasibətilə “Karen Dəmirçyan İrəvan Metropoliteni” QSC aprelin 24-də gücləndirilmiş işş rejiminə keçəcək.

İrəvan metrosunun iş qrafikində müəyyən saatlıq dəyişikliklər olacaq. 24 aprel tarixində işlər saat 07:00-da başlayacaq və 25 aprel 2024-cü il saat 01:00-da başa çatacaq.

Qeyd edək ki, dünya erməniləri aprelin 24-də yalanın 109-ci ilini qeyd etməyə hazırlaşırlar.
Onlar iddia edirlər ki, guya 1915-ci ildə türklər 1,5 milyon ermənini qırıb. Əslində isə ermənilər sığındıqları Osmanlı dövlətinin zəiflədiyini görərək Şərqi Anadolunun 6 vilayətində (Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas) “müstəqil dövlət” qurmaq üçün türklərin qanını töküblər.

1915-ci ildə Şərqi Anadoluda xəyanətin davamı 90-cı ildə Qarabağdakı təkrarı da bu uydurmanın nəticəsidir.

Əntiqə Rəşid