Ermənilər amerikalılarla birgə Uluxanlıda "dədələrinin başı"nı axtarır: Ekspedisiya, tədqiqat...
jpg-1726489762.jpg)
Ermənistanda yenə də qədim oğuz abidələri erməniləşdirilmək üçün “tədqiqatlar”a məruz qalır.
Adalet.az xəbər verir ki, erməni və amerikalı arxeoloqlardan ibarət ekspedisiya 7 gündür ki, Masis təpəsi deyilən ərazidə , neolit yaşayış yerində qazıntı işləri aparır.
Arxeoloq, Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Pavel Avetisyanın erməni mediasına verdiyi məlumatda deyilir ki, artıq müstəsna nəticəmiz var:” Binanın divarının altında uşaq məzarı açılıb. Quruluş eramızdan əvvəl tikilmişdir. VI min. birinci rübün qatındadır. Başqa sözlə, dəfn ya eyni vaxta aiddir, ya da daha əvvəldir.
Ermənistan ərazisində hələ də o dövrlərə aid aydın konteksti və tarixi olan iki məzarımız var: biri Aknaşendən, biri Masis təpəsindən. Bu yeni dəfnin DNT analizləri Araxesin şimalındakı neolit icmaları haqqında anlayışımızı artıracaq. Hazırda mən bu sətirləri yazarkən həmkarlarım “kiçik”in skeletinin təmizlənməsini davam etdirirlər. Bu, fövqəladə əhəmiyyət kəsb edən sənəddir”.
Xatırladaq ki, ermənilərin Masis adlandırdığı ərazi tarixən Azərbaycan əraziləri olub. Masis rayonu Qərbi Azərbaycanda, (indiki Ermənistanda) - Zəngibasar mahalında Uluxanlı adlı qəsəbənin erməniləşdirilmiş variantıdır. Şəhər Uluxanlı, Nərimanlı və Zəngibasar kəndlərinin birləşməsiylə yaradılıb və
1950-ci ildə "Masis" (Ağrı dağının erməni dilindəki adlarından biri) adıyla adlandırılıb. Mənbələrdə bildirilir ki, burada 1831-ci ildə 1737 nəfər, 1873 - cü ildə 2968 nəfər, 1886-cı ildə 3062 nəfər, 1897-ci ildə 2757, 1908-ci ildə 3171 nəfər, 1914 - cü ildə 3488 nəfər, 1918-ci ildə 3173 nəfər, 1919 - cu ildə 8000 nəfər yalnız azərbaycanlı yaşayıb.
1948-49 - cu illərdə SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar zorla Azərbaycana köçürülüb. 1950-ci illərdə köçürülən azərbaycanlıların bir hissəsi yenidən geriyə - Uluxanlıya dönsə də, 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar son nəfərinə kimi Ermənistan dövləti tərəfindən deportasiya olunub. İndi Uluxanlıda ermənilər yaşayır.
Əntiqə Rəşid
Digər Xəbərlər

“Qohum evliliklərinin vacib olduğunu demirəm, amma...” - Sosioloq

Bakı aeroportundan Formula 1-lə bağlı sərnişinlərə müraciət

Bu arayışları da “ASAN xidmət” verəcək

"802" xidmətinin maddi-texniki bazası gücləndiriləcək

Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiqlənib

45 mindən çox əcnəbi Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edib

Bakı-Qəbələ-Bakı qatarının qrafiki yenilənir
