adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Iyul 2020 14:34
10538
GÜNDƏM

Erməni yalanının və artistliyinin daha bir bariz sübutu - VİDEO

İyulun 12-də Ermənistan silahlıqüvvələri yenidən öz mənfur istəklərinə çatmaq üçün Azərbaycan-Ermənistan dövlətsərhədinin Tovuz istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələriniartilleriya atəşinə tutublar. Hərbi təxribatın qarşısı layiqincə alınıb. Lakinermənilər sosial şəbəkələrdə cəbhə bölgəsindən yalan, əsassız məlumatlarpaylaşmaqla təxribatlarını davam etdirməyə çalışıblar. Yalanlara doymayan şərəfsizlərinnövbəti təxribatı isə "Youtube” şəbəkəsinə yerləşdirdikləri video oldu.Dörd dəqiqəlik videoda bir erməni dığası işğalçı silahlı qüvvələrinin AzərbaycanınTovuz rayonunun Quşçular kəndinin, eləcə də, 812-ci Hərbi hissənin vurulduğuna dair yalan informasiya yayıb. Ağlaya-ağlaya, təlaşlıbir səslə qeydə alınan videoda sünilik, yalan insanın ürəyini bulandırır.

Mən Dağlıq Qarabağın Xocavənd bölgəsinin Tuğ kəndində doğulduğum danermənilərin xislətini çox gözəl bilirəm. Onlarda şeytanın da bacarmadığıcadugünlük, maskalanma, təlxəklik və qorxaqlıq var. "Rol”u elə oynayırlar ki,ilk baxışda hər kəs inanır. Amma erməni xislətinə bələd olanlar bu insan cildliyaramazların iç dünyasını görür və onları susdurmağı bacarırlar. Elə yayımlananhəmin o video görüntüdə də erməni özü özünü ifşa edib. Təəssüf ki, bizim sapıözümüzdən olan baltalar və sadəlövh vətəndaşlarımız o video görüntüyə müxtəlifbucaq altından baxırlar. Bununla d adüşmən dəyirmanına su axıdırlar. Unudurlarki, müharibə bir silah da dezinformasiyadır. Bundan mütləq qorunmaq lazımdır.Ordumuza, özümüzə, Ali Baş Komandanımıza güvənib yalnız qələbəyə inanmalıyıq. Qələbəbizim olacaq.