Erməni qadın: "Erməniləri Xankəndidən "Qarabağ klanı" çıxarıb” - VİDEO
İrəvan sakini, bloger Natali Aleksanyan bildirib ki, ermənilərin Qarabağı tərk etmələri məhz “Qarabağ klanı”nın göstərişilə olub.
Adalet.az xəbər verir ki, erməni qadın “AZTV XƏBƏR”ə müsahibəsində deyib:
“Gəlin, 90-cı illərdə baş verənlərə və son Qarabağ hadisələrinə baxaq. 90-cı illərdə mən uşaq idim. Heç nə görməmişdim. Amma bu hadisələri sonradan öyrəndim. Bildim ki, əsil məcburi köçkünlər 90-cı illərdə olub. Bir neçə ay əvvəl baş verənləri isə deportasiya adlandırmaq olmaz. Mən 24 saat qarabağlı ermənilərlə təmasda olmuşam. Onları Qarabağdan zoral çıxarmayıblar. Onlar azərbaycanlıları görməyiblər, sadəcə sərhəddə qarşılaşıblar və normal münasibətlə üzləşiblər. Ermənilərin Qarabağı tərk etmələri məhz “Qarabağ klanı”nın göstərişilə olub. İnsanlar hədə-qorxu ilə evlərindən çıxarılırdı”.
O qeyd edib ki, danışıqlar prosesi sürətlə gedir, amma Qərb bu prosesin qarşısını almağa çalışır: “Mən erməni kimi hesab edirəm ki, bu məsələ ancaq Ermənistanla Azərbaycan arasında həll olunmalıdır”.
Blogger Ermənistandan deportasiya edilmiş azərbaycanlıların yenidən burada yaşamasında normal yanaşdığını bildirib: “Bu məsələ sülhün və təhlükəsizliyin təminatı olacaq”.
Digər Xəbərlər
05 Oktyabr 2026 19:41
Prezidentdən dərman müəssisəsinin açılışı ilə bağlı PAYLAŞIM
05 Oktyabr 2026 19:35
İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü
05 Oktyabr 2026 19:15
FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi
05 Oktyabr 2026 18:51
Prezident bu yarışın açılışında - YENİLƏNİB
05 Oktyabr 2026 18:21
Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır
05 Oktyabr 2026 16:54
Sabah leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 Oktyabr 2026 16:35
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
05 Oktyabr 2026 13:05


Bakı -°C

