adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Noyabr 2019 11:37
21623
GÜNDƏM

Erməni məhsulu, yoxsa təxribat?

Dünən adını açıqlamayanoxucularımızdan biri redaksiyamıza zəng edərək bildirdi ki, Bakıda bir çox mağazalarda ermənilərə məxsus məhsullar satılır vəbu uzun müddətdir davam edir:” Bu məsələ ilə bağlı dəqiq bir açıqlama da verən yoxdu deyə çox narahat oluruq”.

Adalet.az-ın əməkdaşıhəmin məsələ ilə bağlı araşdırmalara başladı. Araşdırmaların gedişində məlumoldu ki, son günlər sosial şəbəbəkələrdə həyəcanla izlənən xəbərlərdənbiri də məhz bu mövzudur.

Məlumatlarda qeyd olunur ki, Kazımzadə küçəsi, Zooparkın yanında yeləşən marketdə"TAN"adlıerməni içkisi (ayran) satılırvə üzərində erməni kilsəsinin şəkilidə qeyd edilib.

Alıcılar bununla bağlı marketin rəhərliyinə etirazınıbildirsə də, onlar sözügedən məsələyə laqeyd yanaşıblar.

Mağazalar tərəfindəndəqiq məlumat verilmədiyindən və bəzi saytlardahəmin məlumatları dərc etdiyindənəhaliarasında tam bircaş-başlıq yaranıb.



Amma araşdırmaların nəticəsindəaşkar olundu ki, əslində"Kавказский долгожитель" məhsullarıNalcikşəhərində istehsal olunur. Nalçik isə Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşənKabardin-Balkar Respublikasının paytaxtıdır. RespublikadaBalkarlı Türklər 90 mindən bir qədər artıqdır. Türklər əsasən dağlıq və vadilikbölgələr olan Çerek, Çeğen, Baksan, Malki və Terek ətrafında yaşayırlar. Özaralarında Mezengi, Bezingil, Hulamlı, Çezimli, Baksamlı kimi qollara ayrılanBalkarlılar müsəlman olub, Türk dil qrupunun Altay qoluna bağlıdırlar. ÖzlərinəDağlı "Tavlu” da deyən Balkarlılar İkinci Dünya müharibəsində Stalinin qanlısürgününə məruz qalmışlar, sürgün illərində minlərlə şəhid vermişlər, 1950-ciillərdə bağışlanılaraq ölkələrinə dönə bilmişdilər.

Əzizoxucular, "Турецкий Айран”("Turetskiy ayran") sözünü öz məhsullarının üstünə hansı eməniyazar??

İkinci məsələ isə məhsulların üzərində "ermənikilsəsi”nin şəkilinin olmasıdır. Təbii ki, bu şübhələrdə əsassız çıxdı. Çünki,"erməni kilsəsi” sandığınız o etiket Nalçik şəhərini simvolu hesab olunur.

Araşdırdı Əntiqə Rəşid