Erməni jurnalistdən separatçı rejimə şillə kimi ittiham: “Ey əclafları..."
Erməni bloger, jurnalist Bella Lalayan millətçi olmaqdan başqa həm də hadisələrə real qiymətlər verməyi bacaran ictimai fəaldır. Onun ötən ay sosial şəbəkə hesabında etdiyi paylaşım dediklərimizə sübutdur: "Bu iki il ərzində İlham Əliyevin gördüyü işlərin miqyasını görəndə adam dəli olur.
Əliyev Füzulini, Laçını, Ağdamı, Qubadlını yenidən qurur. Sonra da deyirsiz ki, Azərbaycan tərəfinin video və fotolarını yaymayın. Niyə? Çünki mənfur niyyətləriniz üzə çıxıb?İki ildə görülən işin iki faizini 30 ildə etməmisiniz. 30 ildir ki, normal informasiya strategiyası və mübarizəsi belə formalaşdıra bilməmisiz".
Adalet.az xəbər verir ki, erməni jurnalist Bella Lalayan növbəti dəfə öz sosial şəbəkə hesabında həqiqəti söyləyib. O,Xankəndidəki mövcud vəziyyətə görə qanunsuz xuntanı günahlandırıb:
“Ey əclaflar, millət satqınları! Əgər gedib bu təkliflərlə (Azərbaycanın mərkəzi hakimiyyətinin təkliflərini nəzərdə tutur - red.) razılaşacaqdınızsa, niyə bu qədər insanın həyatını məhv etdiniz? Niyə yenə də bu qədər qurban verdiniz? Niyə bu insanları 10 ay blokadada saxladınız? Ac saxladınız? İnsanları niyə zirzəmilərə göndərirdiniz ki, qeyri-insani şəraitdə yaşasınlar? Niyə? Ay Qarabağ cəlladları!”
Qeyd edək ki, hələ 2021-ci ildə jurnalist Bella Lalayan sosial şəbəkə hesabındakı paylaşımı diqqət çəkmişdi: “30 il ərzində Xankəndidə tunelimiz, asfaltımız olmadı. Indi Füzuli – Şuşa tunelinə baxın, yerə girin”.
Əntiqə Rəşid
Digər Xəbərlər
20 Sentyabr 2026 18:05
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
20 Sentyabr 2026 15:15
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
20 Sentyabr 2026 13:59
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
20 Sentyabr 2026 12:57
DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO
20 Sentyabr 2026 10:02
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
20 Sentyabr 2026 10:01
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşıldı
20 Sentyabr 2026 09:15
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür
20 Sentyabr 2026 09:12


Bakı -°C

