adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Iyul 2014 19:39
4769
MƏMLƏKƏT

Erməni hüquq müdafiəçisi İlham Əliyevin girovları qaytaracağına inanır

Erməni hüquq müdafiəçisi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərdə ermənilər tərəfindən girov götürülməsinə kəskin reaksiya verib.

Adalet.az-a istinadən xəbər verir ki, erməni hüquq müdafiəçisi rəsmi şəxslərin bəyanatları da daxil olmaqla, Ermənistanın, qondarma Dağlıq Qarabağ respublikasının informasiya məkanı Putin casuslarının fəaliyyət meydanı olduğunu bildirib:

"Burda nə siyasət, nə də maraqlar var. Girovların məsələsi isə dalana dirənmiş haldadır. İndiki vəziyyətdə mən vətəndaş səviyyəsində hüquqların müdafiəsi, həmçinin obyektiv araşdırma üçün heç bir imkan görmürəm".

Georgi Vanyan, həmçinin, girovların ailəsindən üzr istəyib və məsələnin həllində ölkə prezidenti İlham Əliyevə inandığını da bildirib:

"Bu cür kəskin və heç bir ümid verməyən bəyanatlara görə, mən Dilqəm Əsgərovun, eləcə də Şahbaz Quliyevin doğmalarından və yaxınlarından üzr istəyirəm. İnanıram ki, hələ gec deyil və Azərbaycan prezidentinin səyləri girovların taleyini müsbət həll edə bilər".

Xatırladaq ki, iyulun 11-də Ermənistan mətbuatında iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yer alıb. Ermənistan rəsmi dairələrinin də təsdiqlədiyi məlumata görə, həmin şəxslər Tərtərin Qapanlı kəndindən olan Şahbaz Quliyev və Kəlbəcərdən olan Dilqəm Əsgərovdur. Erməni mətbuatı həmin şəxslərlə bir yerdə olan daha bir nəfər azərbaycanlının- Həsən Həsənovun öldürüldüyünü yazıb.