adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Noyabr 2017 14:46
11360
MƏMLƏKƏT

ERKƏKLƏRİ YAYLAĞA GÖNDƏRMİŞİK

Sovet dönəmində AzərbaycanlaÖzbəkistan pambıqçıları dostluq yarışları keçirərdilər. Bizimkilər Özbəkistana gedərdilər,özbəklər də bura gələrdilər. «Görüş» filmində bunu görmüsüz. Bu həm də təcrübə mübadiləsi idi.

Özbəklər gəlirlərkolxozların birinə, baxırlar ki, sahədəpambıq yığanların hamısı qadınlardı. Pambığıda adətən bizdə qadınlar yığar.

Özbəyin biri təəccübləkolxoz sədrindən soruşur:

- Bəs, erkəklər hardadı?

Özbəklər kişiyə«erkək» deyirlər, Türkiyə türkləri kimi.

Kolxoz sədri deyir:

- Əkə, erkəklərigöndərmişik yaylağa.

Özbək yenə təəccüblə:

- Qadınlara pambıq yığdırırsız, erkəkləri də istirahətə göndərirsiz?

İndi kəndləri gəzirdim.Bol pambıq var, yığıb başa çatdıra bilsələr təxminən 300 min ton pambıq istehsaletmək olar. Bu da 70-ci ilin rekordu deməkdi.

Sahələrdə isə yenəhəmişəki kimi qadınlarıydı. Kəndin erkəkləri isə çayxanalardavurhavur domino oynayırdılar.

Bu da belə.