Erkan Özoral: Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir
Tarixə qara gecə adı ilə düşən Xocalı soyqırımından 28 il keçməsinə baxmayaraq, hələ də bu faciənin səbəbkarlarının ədalət qarşısında mühakimə olunmaması çox böyük bir əskiklikdir.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı "Ana harayı” abidəsini ziyarət edərkən deyib.
Səfir bildirib ki, Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir: "Hər zaman olduğu kimi, açıq bildirirəm ki, bu faciənin səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq. Biz Türkiyə Respublikası olaraq, həmişə olduğu kimi, Azərbaycanın bu çətin günündə də yanındayıq. Biz bir millət, iki dövlətik. Bir daha Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik".
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52