Ərəstun Oruclunun məhkəməsi başladı
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Ərəstun Oruclunun məhkəməsi başlayıb.
Adalet.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən qiyabi prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 14-nə təyin edilib.
Qeyd edək ki, Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, 4 yanvar 2023-cü ildə “YouTube” internet platformasında “Ərəstun Oruclunun kanalı” adlı kanalda və 24 oktyabr 2024-cü ildə “Azərfreedom TV” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.
Digər Xəbərlər
19 Fevral 2026 10:18
Ərəstun Orucluya hökm oxundu
18 Fevral 2026 14:36
"WhatsApp" yazışmalarının izlənilməsi qadağandır
17 Fevral 2026 11:26
Vardanyana 20 il həbs cəzası verildi
16 Fevral 2026 17:44
Məhkəmə Əli Kərimli ilə bağlı qərar verdi
16 Fevral 2026 12:08
Vardanyanın məhkəməsi sabah davam etdiriləcək
13 Fevral 2026 13:31
Unudulmaq hüququnun izahı verildi
11 Fevral 2026 15:22
DTX-nin həbs etdiyi Mirədalət Talışxanov barəsində qərar qəbul edildi
10 Fevral 2026 18:31


Bakı -°C

