adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Mart 2020 14:43
53903
DÜNYA

“Ərəb baharı” belə başlamışdı - Hicabı qadağan etmişdi

"Bütün Tunislilərə səslənmək istəyirəm.Buradavə xaricdə yaşayan hər kəsə öz dilimizdə səslənirəm. Hər şeyin başa düşülməsiüçün. Çünki vəziyyət radikal dəyişiklik məcburiyyəti yaradır. Əlbəttə, radikaldəyişiklik məcburiyyət halına gəlib. Mesajınızı anladım. Hər kəsi anladım.Işsizləri, siyasətçiləri və daha artıq azadlıq istəyənləri anladım. Ancaq bugün Tunisdə olub bitənlər bizim vərdiş etdiyimiz şeylər deyil.”

Zeynəlabidin Bin Əli

(Qaçmamışdan bir gün öncə xalqa səslənərkən)

"Ərəb baharı” adını qoyduğumuz domino effektindən 9il ötür. Hər nə qədər bahar desək də baş verənlər qış fəsliylə gəlmişdi. Tunisdəbaşlayan olaylar yaz boyu digər ərəb ölkələrinə də yayıldı.

Islam ölkələrinin başına bəla olan iqtidarların ənsabit qədəmlilərindən idi. Ən sarsılmaz göründüyü bir anda adi satıcının özünüyandırmasıyla devrildi. 14 yanvar 2011-ci ildə arxasına baxmadan qaçdıqdansonra 23 ildir dəmir yumruqla idarə etdiyi Tunis də rahat nəfəs aldı...
Sabitlik və iqtisadi inkişafa baxmayaraq heç bir müxalifə nəfəs almağa imkanverməyən Bin Əli fransız müstəmləkə sisteminin meyvələrindən biriydi. Fransa vəAmerikada təhsil aldıqdan sonra təhlükəsizlik orqanlarında vəzifəsi sürətləyüksəlmiş, bir müddət isə Polşada səfir işləmişdi. Bir saray qiyamıyla, böyük səs-küyyaratmadan müstəmləkəçilik dövründən sonra ilk dövlət başçısı olan HabipBurgibayı devirmədən öncə, 1987-ci ildə baş nazir olmuşdu.

Başörpəyini qadağan etdi


Bin Əli bir müddət sonra "səhhəti ölkəni idarə etməyə qadir deyil” bəhanəsiyləBurgibayı idarəçilikdən kənarlaşdırdı və ipləri öz əlinə aldı. Düzdür, Burgibada heç də yaxşı biri deyildi. Bin Əli tərəfindən səhnədən çıxarılmamışdan öncəözünü ömürlük dövlət başçısı seçdirmişdi. Fransızların dalğasından keçən,müasir millətçi diktator obrazıydı. Tunisdə müasirliyin gözünü çıxartmış, evlərdənxaric hər yerdə baş örpəyi geyməyi qadağan etmiş, məscidlərdə müəyyən edilmişsaatlardan xaric namaz qılınması məhdudlaşdırılmış və hətta dövlət işində çalışanlarınoruc tutması və namaz qılması rəsmən qadağan edilmişdi. Bu iki ibadətin işləyənlərinməhsuldarlığını aşağı saldığını iddia edirdi.
Tunisin qərbyönlü siyasətində və "radikal islama” qarşı siyasətində heç bir dəyişlikolmayacağını yəqin edildiyinə görə bu saray çevrilişinə görməzdən gəlmişdilər.Önəmli olan inanılan birinin iqtidara gəlməsiydi.
Tunis xalqı "Burgibadan daha pisi olmaz” düşünərək bu iqtidar dəyişikliyini məmnuniyyətləqarşıladı. Zatən itirəcək bir şeyləri yox idi. Ölkə hər yöndən pərişan haldaidi. Bin Əli iqtidarının ilk günlərində demokratiyaya keçiləcəyini vəd etmişdi,amma 1989 və 1994-cü illərdə keçirilən hər iki seçkidə rəqibsiz seçimlərəgirmiş, xalqın "yüzdə, bilmirəm 90 neçə” səsini alaraq yerini mökəmlətmişdi. 1999-cuildə çox partiyalı seçkilər gündəmə gəlsə də dəyişən bir şey olmadı. Bin Əliseçki sandıqlarını silib süpürür, çıxan tozdan "ölkənin düşmənləri” gözlərininönünü görə bilmirdi. Lakin bir poroblem var idi. Diktator adı qoyulmasa daortada konstitutsiya və o konstitutsiyanın dövlət başçılarının hakimiyyətdəolma müddətini məhdudlaşdıran maddələri var idi. 2009-cu ildə son dəfə beşilliyə seçiləndə səsləri 90%-in bir az aşağısında idi.

Partlayışüçün qığılcım gözlənilirdi


Bin Əlinin dövründə ölkə sabit iqtisadi inkişaf yaşadı. Ammabu zənginlik heç vaxt dabana enmədi. Bununla birlikdə qadın haqları və iqtisadiislahatlar sahəsində gözlə görünən işlər görülmüş, Tunis sahilləri avropalı turistlər arasındapopulyar olmuşdu.Yenə də gənclər arasında işsizlik faizi çox yüksək idi, şəhərdəhəyat insanı canından bezdirəcək qədər kasıb idi. Partlayış üçün sanki birqığılcım gözlənilirdi...
Hər nə qədər ölkə turizm yoluyla qərbə açıq görünsə də, bu açıqlıq sadəcə qumdaözünü günəşə verən turistlərlə məhdudlaşırdı. Siyasi nümayişlərə əsla izn yoxidi. Müxaliflər ölkə xaricinə qovulur, ya da daxildə öhdələrindən gəlinirdi.Bin Əlinin hər küncdən çıxan nəhəng portretləri onu eynilə BAAS rejiminəoxşadırdı.

Vikileakssonuna çıxdı
Kasıbçılığın tüğyan etdiyi ölkədə 26 yaşlı Muhamməd Buazizi də bir çoxları kimisəyyar tacirlik edirdi. Lakin 2010-cu ilin 17 dekabr günü onun üçün yaxşıbaşlamamışdı. Səlahiyyətlilər onun tərəvəz arabasını müsadirə etmiş, etirazetdikdə isə həmin qadınlardan birinin silləsi sifətində partlamışdı. Onu ac buraxanrejimin bir də məmurları tərəfindən təhqir olunmasını özünə sığışdırmayanBuazizi özünü yandırıb həyata vida etməyi seçdi. Alov içində bu dünyaya əlvidaedərkən, üzünə dəyən sillənin bu rejimin sifətinə dəyəcəyi görəsən, ağlına gəlmişdi?
Buazizinin özünü fəda etməsiylə xalq ayağa qalxdı. Bir də bununla yanaşı gizlisənədlərdə çürümüş rejimlərin və amerikan hökümətinin qorxulu röyası olaninternet saytı Vikileaksın ifşaları ortaya çıxdıqdan sonra küçələr qarışdı. Saytın2010-cu ilin dekabrında yayımladığı 2008-ci il tarixli sənədlərində dövlətbaşçısı və arvadının mafiya tərzi ilə ölkənin bütün qaynaqlarını ailəlikcə necəmənimsədiyi və böyük bir sərvətə sahib olduqlarına dair məlumatlar diqqət çəkirdi.14%-lik işsizliyə sahib olan ölkədə diplomlu işsizlərin partlayış nöqtəsinə gəlməsiamerikalı səfirin raportlarında da yer alırdı. Düzdür, bunları Tunisdə hamı görəbilirdi, amma ölkədəki qanunsuzluqların artıq bütün dünyaya məlum olmasıtunislilərin səbrinə benzin tökdü.
Buazizinin başına gələnlər qığılcım effekti verdi. Facebookla təşkilatlananişsiz gənclərin cənubda başlatdığı hakimiyyət əleyhinə nümayişləri bir ay içindəölkənin hər yanına yayıldı. Işsizliyə və sosial bərabərsizliyə etiraz nümayişləritoqquşmalara çevrildi. Polisin sərt müdaxiləsi nəticəsində 80-dən çox adam həyatınıitirdi. Olub bitənləri təəccüb içərisində izləyən Bin Əli küçəyə çıxmaqqadağası qoydu. "Ölkənin sabitliyini pozanlara uymayın” adlı çox məşhur mahnınıoxuyurdu. Diqqətə alınmamasını gördükdən sonra daxili işlər nazirini istefayagöndərdi. Xalqın sakitləşmədiyini görən Bin Əli höküməti istefaya göndərdi.Nümayişlər gücləndikcə o da hakimiyyətdə qalmağın yollarını axtarırdı. Ən sondateleviziyalardan xalqa səslənmək məcburiyyətində qaldı. 6 ay sonra seçkikeçiriləcəyini və bu dəfə namizəd olmayacağını açıqladı. Amma bütün bunlar işəyaramadı. Küçələrdəki qəzəb bir an olsun sakitləşmirdi. Yolun sonuna gəldiyinianlamışdı. Özündən əvvəlkilər kimi çarəni qaçmaqda gördü.

Kimsəüzünə baxmadı...


Devrilmiş dikator sığınmağa bir liman axtarırdı və ağlına gələn ilk yer onuntaleyində önəmli rol oynayan Fransa oldu. Ölkəsindəki islamçı hərəkatlara gözaçmağa imkan vermədiyinə görə böyük rəğbət aldığı Fransa ona qucaq açmayıb dakim açacaqdı?
Gözlədiyi kimi olmadı. Fransa qapılarını açmadı. 2008-ci ildə ölkəsinə səfərzamanı ölkənin qızıl mədənlərinin açarını təslim etdiyi Fransa prezidentiSarkozi dikatoru ilk üzü üstə buraxan lider oldu. Fransızlar " Bin Əli Fransayagələ bilməz” deyərək eks müstəmləkəsiylə bağlı dəftəri bağladı. Ardından isəMalta və İtaliyanın vetoları gəldi. Digər Avropa ölkələri də qapını bağlamışdı.Bunda təəccüblənəcək bir şey yox idi. Avropa hər zaman öz mənafeyinin mühafizəçiliyiniedən diktatorları pis günündə ilk üzü-üstə buraxan olmuşdu. Ən azından bu barədəsabitqədəm idilər. Bin Əli də istisna olmadı. Ən sonda qaçacağı yeri tapdı.Eynilə illər öncə İdi Aminə etdiyi kimi, Bin Əliyə də qapılarını açan Səudiyyə Ərəbistanolmuşdu. Tunis lideri Ciddəyə getdi. Artıq devrilmiş diktator kimi ömrünübitirməyə hazırlaşarkən Tunis qarışıq amma bir o qədər də ümid verici gələcəyədoğru addımlayırdı...

*Əslləri Kartaca mədəniyyətinədayanan Tunis XVI əsrdə Osmanlı və İspaniyanın Aralıq dənizində hakimiyyətuğrunda mübarizəsinə səhnə olmuşdu. 1574-cü ildə türklərin əlinə keçdi. 18-ci əsrdəOsmanlı zəiflədikdən sonra Tunis 78 il ərzində fransızların idarəçiliyinəkeçdi. 1956-cı ildə müstəqil olan Tunisin ilk lideri HabibBurgiba olub.
*Tunishakimiyyəti xüsusilə 90-cı illərin əvvəlindən etibarən xalq arasında nüfuzunuartıran İslamçı Nahda(Yüksəliş) Partiyasına qarşı sərt tədbirlər görmüşdü.1992-ci ildə Əlcəzairdə İslamçı hərəkata qarşı aparılan hərbi zərbələri ilk dəstəkləyənlərdənbiri də yenə Tunisidi.
*Bin Əli rejimi mətbuat azadlığı baxımdan dünyanın beş ən pis ölkəsindən biriidi. Bir çox fransız qəzeti yoxlanıldıqdan sonra ölkəyə buraxılarkən müxalifinternet saytları ciddi şəkildə nəzarət altında idi. Ölkədə sadəcə hakimiyyətyönlü media var idi və hər gün nə olursa, olsun dövlət başçısı , ya da ailəsiilə bağlı xəbər vermək məcburiyyətində idilər.
*Universitet məzunlarının yarısından çoxu işsiz idi. Gündəlik ərzaq məhsullarınınqiymətinin son illərdə get-gedə artması xalqı partlayış nöqtəsinə gətirmişdi.
*Qərb mediasının Bin Əli rejiminin yıxılmaması üçün Tunisdəki iqtisadi vəsiyasi qanunsuzluqlara yer vermədiyini söyləyən jurnalist Catherina Graciet "La regente de Carthage”adlı kitabında Tunisdəki qanunsuzluqlardan yazmışdı. Graciet " qərblilər ölkədəkimüxalif islamçıları gücləndirə biləcəyi səbəbinə görə qanun pozuntuları xəbərlərinəgörməzdən gəldilər” deyirdi.

Tərcümə etdi: Emin PİRİ